Həştərxanlı məmurlar Azərbaycanda! - FOTO

img

27-05-2015 [13:46]



Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Mia.az xəbər verir ki, səfər çərçivəsində Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelovun başçılıq etdiyi, Həştərxan hökumətinin sədrinin müavini, Sənaye, Nəqliyyat və Təbii Sərvətlər naziri Sergey Krjanovski, Həştərxan hökumətinin sədrinin müavini. İqtisadi İnkişaf naziri Elina Polyanskaya, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev və digər rəsmilərin daxil olduğu nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşü olub.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub


Digər xəbərlər
SON XƏBƏRLƏR