“Bakı bulvarı” restoranında atışma - 4 yaralı

img

27-05-2015 [11:21]


Bu gün gecə saatlarında Moskvanın "Bakinskiy bulvar” restoranında silahlı atışma olub, 4 nəfər yaralanıb.

Qafqazinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, yaralılar R.Mustafayev, R.Bayramov, M.Ramazanov və A.Maqemedov reanimasiyaya yerləşdiriliblər.

İnsident baş verən zaman orada olan şəxslərdən birinin sözlərinə görə, atəş avtomobildən düşən qara paltarlılar tərəfindən açılıb.

Hazırda polis baş vermiş insidentin səbəblərini araşdırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR