MMP-də Binəqədidəki yanğın müzakirə olundu

img

26-05-2015 [19:45]


Bu gün MMP-nin mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti iclası keçirilib. 

İclasda İdarə Heyətinin üzvləri, Bakı şəhər və ərazisi işğal olunmuş rayonlarının təşkilat sədrləri iştirak edib. Mayın 19 da Azadlıq prospektində baş vermiş faciəli yanşın hadisəsində həlak olmuş günahsız insanların xatirəsi 1 dəqiqılik sükutla yad edilib. Allah rəhmət etsin. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, baş vermiş yanşın hadisəsi ilə bağlı dinləmələr keçirilib. 

Qeyd etmək istəyirik ki, yanan bina MMP-nin qərargahı ilə üzbə-üz yerləşir. Partiya üzvləri ayrı-ayrılıqda faciə ilə bağlı ürək ağrısı ilə danışırlar. Binəqədi rayon təşkilat sədri ölkədəki məmur ğzbaşınalığlından. sadə insanların incidilməsindən danışıb. 

MMP-nin daim bir məqsədi var- Dövlət və dövlətçiliyə xidmət. Bəzi məmurlar anlamırlar ki, ən xırda haqsızılıq, hörmətsizlik, birbaşa Azərbaycan dövlətinin nüfuzuna xələl gətirir. Dövlətçiliyimizə zərbə vuran, ictimaiyyət arasında özünü yaxşı məmur kimi göstərib arxada şərəfsiz hərəkət edənlərə qarşı daim mübarizə aparacaq. Bu istiqamətdə partiya üzvlərinə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR