Bakıda 3 ailəyə məxsus ev yandı, bir nəfər öldü

img

26-05-2015 [13:22]


Bakıda 3 ailəyə məxsus ev yanıb, bir nəfər ölüb. Mia.az Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində 1-ci ailəyə məxsus 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR