26-05-2015 [12:20]
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq I Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Hər bir kəsin diqqətində olan bu yarışlar yaradıcı insanların da geniş müzakirə mövzusuna çevrilib. Çalışdığı sahədən asılı olmayaraq hər kəs möhtəşəm idman yarışının Azərbaycanda keçirilməsi üçün özünü qürurlu və şanslı hesab edir.
Tanınmış rəssam, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev də ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı ciddi planlarının olduğunu bildirdi. Onun sözlərinə görə, bu hadisə, eyni zamanda, Azərbaycanın təbliğatı üçün gözəl şans yaratmış olur.
Rəssam qeyd etdi ki, onun rəhbərliyi altında yeni bir qalereyanın açılış işləri həyata keçirilir:
"Yağlı boya ilə kətan üzərində Avropa Oyunlarının simvollarına aid bir neçə şəkil çəkmişəm. Yaxın günlərdə həmin tabloları Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinə təqdim edəcəm. Bununla yanaşı, artıq tamamlanma işləri mərhələsində olan "Şuşa” ART Qalereyasında Bakıya təşrif buyuracaq turistləri qəbul etməyi də planlaşdırırıq. Bizdə yalnız rəsm nümunləri deyil, eyni zamanda, qədim mis və saxsı qabların, xalçaların nümayişi olacaq. Mədəniyyat və incəsənət sərhəd tanımır. Bilirəm ki, xarici turistlər bizim nümayiş etdirdiyimiz nümunələri maraqla qarşılayacaq. Mənim yaradıcılığımda müxtəlif cür nar əsərləri də çoxluq təşkil edir. Bunu Avropa Oyunlarının simvollarının müəyyənləşməsindən çox əvvəl çəkmişəm. İndi görürəm ki, nara maraq daha da artıb. Hamı məndən "nar” əsəri istəyir. Əlavə olaraq bir neçə "nar” əsərini Bakıda uğur qazanacaq xarici idmançılara hədiyyə etməyi planlaşdırıram. Mən bütün sənət, incəsənət adamlarını ölkəmizdə keçiriləcək Avropa Oyunları ərəfəsində fəal olmağa çağırıram”.
Günel Cəlilova
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"