Leyla Əliyevaya yeni vəzifə verildi - Nazir açıqladı

img

25-05-2015 [20:37]


"Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qərarı ilə qurumun Azərbaycandakı elçisi seçilib".

Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano da Silva ilə görüşü zamanı deyib. 

O bildirib ki, FAO-nun son konfransında Leyla Əliyeva kənd təsərrüfatı və ekologiya sahəsində fəaliyyətinə görə bu vəzifəyə layiq görülüb. 

Nazir həmçinin əlavə edib ki, Azərbaycan 128 ölkə arasında ərzaq təhlükəsizliyi üzrə yarıbayarı azalmaya nail olmuş 18 ölkədən biridir. Heydər Əsədov bu göstəricinin Azərbaycan üçün fəxr ediləsi məqam olduğunu diqqətə çatdırıb:

"Azərbaycanda qidalanma üzrə heç bir problem yoxdur. Ölkəmiz qarşısına məqsəd qoyduğu hədəflərə bir-bir çatır. Azərbaycan bu gündən etibarən kasıbçılağa yardım edən donor ölkəyə çevrilir. Bu isə ölkə başçısının qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Biz FAO ilə birgə 6 layihə həyata keçirik. Arıçılığın inkişafı, heyvandarlıq və bitkiçilik sahəsinin də inkişafı üzrə layihələr həyata keçirilməsi planlaşıdırılır".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano da Silva isə qeyd edib ki, Azərbaycan məhsullarının xarici ixracatı üçün yeni bazarlar axtaracaqlar:

"Bunun üçün ilk növbədə yerli istehsal məhsulların keyfiyyəti artırılmalıdır. Həmçinin bölgələrdə yayılan xəstəlikləri aradan qaldırmaq lazımdır. Bizim suvarma sahəsi üzrə də fəaliyyətimiz olacaq. Bununla yanaşı, transsərhəd çaylarla bağlı da çalışmalarımız və layihələrimiz olacaq"(AzerTac). 

Digər xəbərlər
SON XƏBƏRLƏR