Prezident xəbərdarlıq elədi, villa söküntüsü başlandı - VİDEO

img

25-05-2015 [20:12]


Bakıda "Dostluq” parkının ərazisindəki  qanunsuz inşa olunan villaların sökülməsi davam etdirilir.

 

APA TV-nin məlumatına görə, bir neçə gündür başlayan söküntü işləri nəticəsində ərazidə olan tikililərin bir neçəsi sökülüb.

 

Qeyd edək ki, prezident İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı "Dostluq" parkı ətrafında qanunsuz evlərin tikildiyini bildirib və sökülməsinə göstəriş vermişdi.

 

"Dostluq” parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun”.

 

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Bakıda əsasən "Dostluq” parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villanın söküləcəyini deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR