Məşhur müğənni ilə deputatın müdhiş saxtakarlığı - Iqtisad Universitetində kütləvi həbslər gözlənilir

img

25-05-2015 [16:27]


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycn Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin 11 illik rektorluq dövründə saxta qəbul aparması faktı rəsmi səviyyədə təsdiqlənir. Artıq onun İqtisad universitetinin rektoru olduğu dövrdə universitetin Dərbənd filialına qəbul etdiyi tələbələrə diplom verilmir.

Mia.az xəbər verir ki, bu barədə «Reytinq» qəzetinin son sayında ətraflı məlumat verilib. Həmin məlumatda Şəmsəddin Hacıyevin universitetin Dərbənd filialı vasitəsiylə saxta tələbə qəbulu həyata keçirərək, hər il milyonlarla manat pul qazandığı  bildirilib. İndisə aydın olur ki, Şəmsəddin Hacıyevin vaxtı ilə qəbul etdirdiyi bu tələbələrin çoxu indi diplomlarını ala bilmirlər. Bu isə komitə sədri və eyni zamanda, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyevin hazırkı durumunu daha da gərginləşdirir.

Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Şəmsəddin Hacıyev Dərbənd filialı vasitəsiylə Azərbaycanın məşhur müğənnilərindən birinin övladı daxil, bir sıra tanınmışların övladlarına da qanunsuz yollarla tələbə adını qazandırıb. 

Bu barədə dövrü mətbuatda yazılanlara əsaslansaq, sabiq rektor hər tələbə qəbulundan 25-50 min manat arası pul alıb: «Məsələn, məşhur müğənnilərdən birindən övladının qəbulu üçün düz 25 min manat alınıb. Həmin müğənninin övladını bir ildən sonra Dərbənd filialından universitetə köçürüblər (Bu müğənninin və övladının kimliyi, bir sözlə, saxta qəbulun bütün detalları bizə məlumdur. Sadəcə həmin müğənni ilə hələ danışa bilmədiyimizdən yazmırıq – redaksiya). Amma bu zaman aydın olub ki, müğənniyə söz verildiyinin əksinə olaraq, övladı qiyabi şöbəyə qəbul olunub. Həmin vaxtı müğənni universiteti bir-birnə qatıb və rektorluq məcbur qalıb, sənədləri yenidən saxtlaşdırıb. Yəni bu yolla həmin əməkdar artistin övladı ciddi fərq imtahanları vermədən əyani şöbəyə köçürülüb».

Universitetin müəllimlərindən aldığımız məlumata görə, bu məsələdə Şəmsəddin Hacıyevin «əsas işləri»ni qardaşının qudası, Beynəlxalq Münasibətlər fakültəsinin sabiq dekanı Müzəffər Məmmədovla Magistratura Mərkəzinin keçmiş rəhbəri Həsən İsrafilov görüblər (Adıçəkilənləri yeni rektor Ədalət Muradov vəzifələrindən uzaqlaşdırıb – Mia.az). Yəni bu adamlar saxta yolla qəbul edilən tələbələrin valideynləri ilə bazarlıq ediblər. Bir sözlər,  övladını saxta yolla, yəni TQDK-nın xəbəri olmadan oxutmaq istəyənlər bu adamlar vasitəsiylə arzularını həyata keçirməyə çalışıblar. Bəli, bu məsələdə Şəmsəddin Hacıyevin «qara kassa» rolunu əsasən Müzəffər Məmmədovla Həsən İsrafilov görüblər.

Məsələn, müğənninin övladının qəbulunda Həsən İsrafilov əsas rol oynayıb, digərində isə Müzəffər Məmmədov. O vaxtkı saxta tələbə qəbulu mexanizminə görə, kim hansı tələbənin filiala qəbulunu həyata keçiribsə, bir ildən sonra onun «perevod»una və diplom almasına qədər təhsilini hər smestr 800-1200 manat rüşvət hesabına təmin etməyə də məsul olublar.

Dərbənd filialı vasitəsi ilə baş verən qanunsuzluqların dərəcəsinə baxın ki, Şəmsəddin Hacıyev və yaxın ətrafı hərbi xidmətdə olan gənci filiala qəbul etdiriblər. Bəli, əsgərlikdə olan biri eyni anda guya universitetin Dərbənd filialına imtahanla qəbul olunub. Sonra onu da filialdan universitetdə «perevod» ediblər. Götürün, Səfərbərlik Xidmətinə sorğu verin, görəcəksiniz ki, necə dəhşətli cinayətə yol veriblər.  Bu, açıq cinayətdir! İndisə vəziyyət dəyişib. Şəmsəddin Hacıyevin rektorluğuna son qoyulması, payızda isə deputat mandatının itirəcəyinin gözlənilməsini nəzərə alan TQDK və Təhsil Nazirliyin «köhnə palan»ı açmağa başlayıblar. Bu isə sabiq rektor və yaxın ətrafını "dəmirbarmaqlıq”lara aparır».

Mənbə deyir ki, Şəmsəddin Hacıyevin saxta qəbullar və Dərbənd filialına qanunsuz yolla qəbul etdiyi tələbələrin bu gün diplom ala bilməmələri haqda verdiyi son müsahibə də onun əndişə içində olduğunu təsdiqləyir:

«Həmin müsahibəyə diqqət etsəniz, görərsiniz ki, Şəmsəddin Hacıyev həyəcan içindədir. Yəqin ona artıq lazımı mesajı veriblər. Şəmsəddin Hacıyev və yaxın ətrafı – Müzəffər Məmmədov, Həsən İsrafilov, Damət Bağırov, Zəfər Bayramov, Əvəz Bayramov, rektor olduğu dövrdəki köməkçisi və digərlərini qarşıda ağır günlər gözləyir».

Xatırladaq ki, Ş.Hacıyevin «Modern.az»a verdiyi müsahibədən də aydın olur ki, qaranlıq yollarla Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbəsi olanlar 1-2 ildən sonra Bakıdakı  ali təhsil ocağına körülməyə nail olsalar da,  hələ də diplomlarını ala bilmirlər. Maraqlı burasıdır ki, sabiq rektor dolayısı ilə etiraf edir ki, filiala saxta yola qəbul olunan tələbələr olub. Sabiq rektor, eyni zamanda, həyəcanlı şəkildə vaxtı ilə etdiyi qanunsuzluqlara haqq qazandırmağa çalışıb.

Ancaq faktdır ki, Hacıyevin dediklərinin əksinə olaraq, məhz onun dövründə Dərbənd filialına qəbul olunan tələbələr arasında diplom ala bilməyənlər var. Bu isə onu göstərir ki, proses ciddiləşəcəyi təqdirdə, Şəmsəddin Hacıyevi çox yaxın gələcəkdə bağlanan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdən də betər aqibət gözləyir…

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR