Milli-mənəvi dəyərlər və müasirlik

img

25-05-2015 [15:46]



Məhşur psixoloq Qustav Le Bon kütlə psixologiyası nəzəriyyəsini yazan zaman bildirmişdi ki, bir toplumun intellektual həddinin artması, dayanaqlı gücə çevrilməsi üçün ən vacib şərt milli və mənəvi keyfiyyətlərini, genetik kodlarını qorumasıdır. Çox maraqlıdır ki, son yüz il ərzində dün-yaya sahiblənmək istəyən güclər kiçik dövlətləri, xalqları ələ almaq üçün daha çox onların milli--mənəvi dəyərlərinə total hucumlar etməyə başladılar.

Hətta NLP (neyron, linqivistik proqramlaşdırma) nəzəriyyəsi irəli sürüldü və bunun tətbiqi ilə in-sanların genetik kodlarında belə dəyişikliklərə start verildi. Sözsüz ki, bu cür qüvvələrin hədəfin-də olan dövlətlərdən biri də Azərbaycan idi və yeni müstəqilliyinə nail olan ölkəmiz çətin sınaq-lardan keçdi.

Əsasən 1991-93-cü illərdə Qərbdən Azərbaycana bir axın başladı. Dini missionerlər, kəşfiyyat orqanları Azərbaycana bir poliqon kimi baxır və yad vərdişləri topluma öyrətməklə demək olar ki, milli-mənəvi dəyərlərimizi zərbə altına salırdılar. Amma ümumilli lider Heydər Əliyev zama-nında məsələyə müdaxilə etdi və bu avantüranın qarşısını aldı.

Bu gün isə "qloballaşma, inteqrasiya siyasəti" adı ilə yenə də müxtəlif cəhdlər var və buna qarşı müqavimət göstərilir. Məhz, buna görə prezident İlham Əliyev cəmiyyətin proseslərə daha aktiv reaksiya verməsinə çalışır, beyin mərkəzləri formalaşdırmaqla azərbaycançılıq ideologiyasının dayanıqlığını təmin edir və bütün bunların fövqündə Şərq və Qərb mədəniyyətinin sintezindən formalaşan Azərbaycan əxlaqının qorunmasına nail ola bilir.

Bu gün bir tərəfdən Azərbaycan dini tolerantlığın mərkəzi, mədəniyyətlərarası siyasətin episentri olaraq bütün dinlərə və mədəniyyətlərə dözümlü yanaşır, digər tərəfdən isə əsrlər boyu formala-şan milli dəyərlərimizin, ənənələrimizin qorunması üçün dövlət proqramları həyata keçirilir.

Onu da qeyd edək ki, Azərbaycana son zamanlar daha çox dini basqılar olur. Bunun neytrallaş-ması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ciddi fəaliyyət göstərir. Məhz, bu komitənin sayəsində zərərli, radikal baxışlı dini təriqətlər ifşa olunur və onlar-la cəmiyyət arasında bir sədd yaradılır. Komitə sədri Mübariz Qurbanlının bu baxımdan tutduğu mövqe kifayət qədər maraqlıdır. Belə ki, komitə sədri bu cür qüvvələrə qarşı inzibati addımların atılmasından daha çox maarifləndirməyə üstünlük verir. Nəticədə dini maarifləndirmə alan cə-miyyət yad fikirləri asanlıqla özündən kənarlaşdıra bilir.

Bununla yanaşı, son illər QHT-lərin də bu istiqamətdəki səmərəli fəaliyyəti xüsusilə qeyd olun-malıdır. Belə ki, Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva müasir Azərbaycandan keçmişə, mədəni tariximizə yeni bir yol açdı. Onun təşəb-büsü ilə YUNESKO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, qopuz yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı.

M.Əliyeva "Muğam ensiklopediyası" layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantı-nın hazırlanmasına nail oldu. Bu isə mədəni irsimizin təbliği baxımından önəmli bir hadisədir. "Muğam portalı"nın yaradılması, "Muğam internet" layihəsinin, muğamla bağlı beynəlxalq konf-ransların, festivalların, simpoziumların keçirilməsini nəzərdə tutan "Muğam dünyası" layihəsi, Beynəlxalq Muğam Festivalı, televiziya muğam müsabiqələri Heydər Əliyev Fondunun Azər-baycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən möhtəşəm töhfələrdən-dir.

Şərqşünas-alim Vüsal Hətəmov "Reytinq"ə deyib ki, Azərbaycan hər zaman mədəniyyətlərin, si-vilizasiyaların vəhdət təşkil etdiyi bir məkan olub və burada milli-mənəvi dəyərlər əsas atributla-rından biri kimi qəbul edilib. V.Hətəmovun fikrincə, Azərbaycanda müxtəlif millətlərin vahid mədəni birliyi tarixi təcrübələrə əsaslanır: "Azərbaycan Qafqazın etnik və dini cəhətdən ən həs-sas yerlərindən hesab olunur. Respublikamızda əhalisi az olmayan digər dilli millətlər də möv-cuddur. Əhalisinin əksəriyyətini mənşəcə Azərbaycan türkləri təşkil edən dövlətimizdə tarix bo-yunca, təbii şəkildə, dini və etnik zəmində problem demək olar ki, yaşanmayıb. Ümumiyyətlə, insanpərvər nəzəriyyələrdə, həmçinin bu nəzəriyyələrin əsas cövhəri sayılan İslam dinində mil-lətçilik prinsipləri əsas tutulmur. Əsas tutulan millətlərin birliyidir. Ölkəmizdə milli zəmində problem yaratmaq istəyən millətçi, qeyri-müsəlman dövlətlərin planlarını həyata keçirmək və bu-

nunla da qədim tarixi dövlətçiliyə malik Azərbaycanımızı parçalamaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməyəcəklər. Çünki Azərbaycanda müxtəlif millətlərin vahid mədəni birliyi tarixi təcrübələrə malikdir. Buna Novruz bayramını da nümunə göstərmək olar".

Azərbaycan ərazisində heç vaxt etniklərarası münaqişənin olmadığını bildirən V.Hətəmovun sözlərinə görə, azəri türkləri daima məmləkətimizdə yaşayan digər millətlərə qardaş münasibəti bəsləmiş, qız verib-qız almış, onlarla qan qohumu olmuşdur: "Bu, Azərbaycan türklərinin humanistliyindən, İslam dininə düzgün əməl etmələrindən, xeyirxah əmələ vərdiş etmələrindən, qo-naqpərvərliyindən, bəşərpərvər olmalarından irəli gəlir. Marionet erməniləri çıxmaq şərti ilə, Azərbaycan türkləri heç vaxt ərazisində digər millətlərdən pislik görməyib. Ümumiyyətlə, Azər-baycan adlanan məmləkətimizdə bütün millətlər istər sosial-ictimai sferalarda, istərsə də qeyri-ictimai işlərdə həmişə bərabərhüquqlu olublar".

Ölkəmizdə daha bir mövzu dini mənsubluq məsələsidir. Şərqşünas-alimin dediyinə görə, xalqı-mız heç vaxt "bu xristiandır", "bu yəhudi dinindədir",- ifadəsini işlətməyib, həmişə digər din da-şıyıcılarına dözümlülük nümayiş etdirib: "Lakin hazırda ölkəmizdə qeyri-ənənəvi islami və qey-ri-islami təriqətlər formalaşmaqdadır. Bunların əksəriyyəti vaxtı ilə yarandıqları məntəqələrdə öz radikallıqlarına görə fəaliyyət göstərə bilməsələr də, onların ideyası həmişə Qərb tərəfindən "da-ğıdıcı arxivdə" saxlanmış və məqamı gəldikdə ideoloji boşluq yaranmış müsəlman dövlətlərində ortaya atılmışlar. Sovetlər birliyi dağıldıqdan sonra belə təriqətlər Azərbaycana məharətlə yeridilmiş və bu gün də onların fəaliyyəti davam etməkdədir. Ən təhlükəlisi isə odur ki, həmin təri-qətlərin bir neçəsi vaxtilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən qanuni olaraq qeydə alınıb. Həmin qurum o dönəmdə bunu demokratik addım kimi qiymətləndirsə də, əslində, bu, gələcəkdə Azərbaycan xalqına xəyanətdən başqa bir şey deyil. Çünki Azərbaycan üçün ənənəvi təfəkkürə malik olmayan bu təriqətlər gələcəkdə yerli əhali ilə heç bir sahədə uzlaşmayacaq. Bu, kimlər üçünsə uzaq görünsə də, əslində, reallıqdır".

V.Hətəmov düşünür ki, bu gün bəzi radikal təriqətlər Novruz bayramını dinsizlərin bayramı kimi qələmə verirlərsə, Füzulini, Nəsimini dinsiz adlandırıb söyürlərsə, Şah İsmayılı təfriqəçi kimi nümayiş etdirirlərsə, bu, artıq həyəcan siqnalıdır: "Əgər demokratiklik baxımından belə təriqətlər qeydə alınırsa, bu, Azərbaycan üçün ən böyük anti-demokratiklikdir. Xalqın mentalitetinə zidd olan bir cəmiyyət yetişdirmək xalqa qarşı haqsızlıq deməkdir. Qanunlarımıza görə, hər hansı bir dini və qeyri-dini ideologiya Azərbaycanın mentalitetinə, mədəniyyətinə, milli təfəkkürünə, ədə-biyyatına - bir sözlə, azərbaycançılığa ziddirsə, həmin ideyanın təbliği yolverilməzdir".

Müsahibimiz təəssüflə qeyd edib ki, Qərb tərəfindən bu gün sağlam milli-mənəvi dəyərlərimizin aşınması üçün "müasirlik" adı altında bir sıra qorxulu proqramlar işlənir. Onun sözlərinə görə, dünya mədəniyyətinə meydan oxuyan Qarabağ kimi mədəni irsimizi bizə unutdurmaq üçün KİV-lər vasitəsilə başımızdan çox düşünməyən aşağı nahiyələrimizi işlətməyə başlayırlar: "Çünki yal-nız bu zaman azəri xalqı qopardılmış ürəyindən - Qarabağ kimi çoxəsrlik mədəni və tarixi məm-ləkətimizdən ayrı düşə bilər. Ermənipərəst Qərb dünyası erməni kimi qaniçən düşməni unutdura-raq "Müasir Avropaya inteqrasiya" adı altında başımızı eyş-işrətə qatır. Çünki yalnız eyş-işrət, əxlaqsız verilişlər, şoular bizim yaramızın üstünü örtə, əsirlikdə olan ana-bacılarımızın namusun-dan uzaq sala bilər. Telekanallarda vətənvərvərlik hissi aşılayan verilişlər əvəzinə insanı əxlaqsı-lığa, "mavi"liyə sövq edən şou verilişlər planlaşdırılır və həyata keçirilir. Bu verilişlər vasitəsilə "Gey" anlamı ən azından bir termin kimi ailələrdə müzakirə edilməyə başlanıb. Vaxtilə belə bir anlamla nəinki qadınlar, heç bəzi kişilər də tanış deyildi. Lakin indi ən utancaq qız belə, şübhə yox ki, bu barədə məlumatlıdır. Bu nəticə üçünsə məqsədli olaraq ilk öncə bunun adını bizə adi-ləşdirdilər. Adını dəyişərək gah "mavi", gah "qoluboy", gah "homoseksual", gah "qomik", gah da "gey" qoydular. Yəni bir növ müasirləşdirdilər və dedilər ki, "müasir dünya" bu kimi hadisələri artıq qəbul edib, biz də qəbul etməliyik. Yoxsa biz inkişaf etməyəcəyik. Belə olduqda, sual yara-nır: Biz nəyə görə başımızla yox, arxamızla müasirləşməli və ya məşhurlaşmalıyıq? Bugünkü El-mi-Texniki Tərəqqinin arxasında sağlam insanlar durur, yoxsa xəstə insanlar, bugünkü supertex-nikaları başlar idarə edir, yoxsa arxalar? Əlbəttə, deyəcəyik ki, başlar. Bəs onda bu nə hoqqadır?! Niyə kim qabağa getmək istəyir, bu mövzunu qabardır? Kim müasir, Avropa düşüncəli kimi özü-nü bu xalqa göstərmək istəyirsə, onların tərəfini tutur? Bir daha sualım əziz millətimədir. Doğru-

danmı, bizim müasirliyimiz əxlaqsızlıqdan keçir? Hesab edirəm ki, hər bir dəyərin qiyməti onu qorumaqla yanaşı, başqa dəyərlərlə qarışdırmamaqdır".

V.Hətəmov deyib ki, milli-mənəvi dəyərlər bir millətin keçmişidirsə, müasirlik onun bu günü və gələcəyidir. Ona görə də, milli-mənəvi dəyərlərimizi qoruyaraq, müasirliyə də qucaq açmaq la-zımdır. O zaman bu iki məvhumun vəhdətindən daha işıqlı bir nəticə əldə etmək olar.

Beləliklə, çıxara biləcəyimiz nəticə budur ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması üçün xüsusi dövlət proqramları uğurla reallaşdırılır və əsas hədəf gələcək nəslin for-malaşmasıdır. Bu gün bir sıra kənar qüvvələrin Azərbaycan gəncliyini ələ almağa cəhd etməsi, yad mədəniyyətlərlə tərbiyyələndirməyə çalışması dövlət siyasəti nəticəsində zərərsizləşdirilir. Prezident İlham Əliyevin dedikləri də bunun təsdiqidir: "Azərbaycanın ən böyük sərvəti insanla-rımızdır. Onların qorunması, milli dəyərlərinə sahib çıxması bizim ən ümdə vəzifəmizdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR