İlham Əliyev sərəncam imzaladı, iki nazirə tapşırıq verildi

img

25-05-2015 [15:26]





Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

MİA-nın məlumatına görə,Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq,Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyiisə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edibNazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin88-3-cü maddəsinin dispozisiyasında "qanunvericiliklə müəyyən edilmiş qaydalar” sözləri "ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri” sözləri ilə əvəz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR