Polis və səhiyyə işçiləri məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndiriləcək

img

25-05-2015 [14:43]


"Qadinlar Gələcək Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə " Polis və səhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin məqsədi polis və səhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində profesionallığını artırmaq yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdir.

Layihə çərçivəsində Bakı,Yevlax, şəhərlərində, Salyan və Şamaxı, rayonlarında polis və səhiyyə işçiləri üçün maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

01.06.2015 cü il tarixindən başlayaraq Bakı, Yevlax, şəhərlərində, Salyan, Şamaxı, rayonlarında Polis və səhiyyə işçiləri üçün təlimlər keçiriləcəkdir.

Təlimlərdə iştirakçılar məişət zorakılığının mahiyyəti, formaları, onun hüquqi, tibbi, sosial fəsadları, skrininq -məişət zorakılığı əlamətlərinin vaxtında aşkar edilməsi bacarıqlarının öyrədilməsi və məişət zorakılığının profilaktikasında skrininqin əhəmiyyəti, məişət zorakılığı qurbanları ilə dialoqun düzgün qurulması, onları zorakılıq hallarını etiraf etməyə, gizlətməməyə inandırmaq, müvafiq qurumlara yönəltmək, məişət zorakılığını qiymətləndirmək bacarığı: zorakılığın formasının, təhlükə səviyyəsinin müəyyən edilməsi, zorakılq hallarının sənədləşdirilməsi, məişət zorakılığı ilə mübarizəyə aidiyyatı olan müvafiq dövlət qurumları, psixoloqlar, sosial işçilər və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qarşılıqlı fəaliyyətin qurulması məsələlərli ilə bağlı biliklər əldə edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR