Trans Sevda: "Vəzifəli sevqililərim var"

img

25-05-2015 [14:40]


Dünyanın hər yerində cinsi azlıqlara münasibət fərqlidir. Bəzi ölkələrdə onlara qaşı daha loyal davranışlır, müsəlman ölklərində isə bu baxımdan vəziyyət xeyli fərqlənir. Hətta bəzən cinsini dəyişən şəxslər belə uzun müddət ətraf tərəfindən qəbul olunmur. Bəs görək bu insanların özləri seçdikləri yol haqda nə düşünürlər? Doğrudanmı bu qədər təzyiqi üzərinə götürmək vacibdir? Beləliklə, Ölkə.Az-ın suallarını bir vaxtların Məmmədağası, indinin Sevdası olan şəxs cavablandırır.

- Əvvəl adınız nə olub?

- Oğlan adım Məmmədağa (ad şərtidir) olub. 1987-ci ilin 23 fevralında anadan olmuşam.

- Bəs indi adınız nədir?

- İndi rəsmi adım Sevdadır. İki il əvvəl cinsiyyətimi dəyişdirmişəm.

- İki il əvvələ qədər kişi görkəmindəydiniz?

- Xeyr, görünüşüm sırf qadın idi, sadəcə cinsiyyətimi dəyişdirməmişdim.

- Bəs zahiri görünüşünüzü neçə ildir dəyişmisiniz?

- Təxminən 4-5 il olar.

- Ərdə olmusunuz?

- Ərə getməmişəm, amma sevgilim olub. Ondan sonra heç kimi sevməmişəm deyə bu barədə düşünməmişəm.

- Bundan sonra ərə getmək haqda düşünürsünüz?

- Xoşuma gələn olsa, gedərəm.

- Eşitdiyimə görə vaxtilə çox tanınmış bir insanla sevgili olmusunuz.

- Mən bu haqda məlumat verə bilmərəm.

- Amma belə bir şey olub?

- Olub.

- Onun neçə yaşı var?

- Məndən beş yaş böyük idi.

- Onunla sevgili olanda cinsiyyətinizi dəyişdirmişdiniz?

- Xeyr, ancaq zahiri görünüşümü dəyişdirmişdim.

- Ailəli idi?

- Xeyr. subay.

- Niyə ayrıldınız?

- Onun evlənmək yaşı çatmışdı.

- Rəsmən qadın olandan sonra görüşdüyünüz kimsə var?

- Yox.

- Hansı sahədə çalışırsınız?

- Gözəllik salonu işlədirdim, özümün də yaxşı vizajistəm.

- Cinsiyyətini dəyişib kişi olan qadınlar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs siz niyə kişi olmaq istəmədiniz?

- Orta məktəbdə oxuyanda güzgüyə baxıb düşünürdüm ki, xarici və daxili görünüşüm bir-birini tamamlamır. Zaman keçdikcə başa düşdüm ki, mən zahirən də qadın olmalıyam. Amma cinsiyyət orqanı əməliyyatı düşünmürdüm.

- Bu əməliyyat neçəyə başa gəldi?

- Təkcə cinsiyyəti dəyişdirmək 20 minə yaxın pul apardı.

- Ailəniz qərarınızı necə qarşıladı?

- Əvvəlcə aqressiv yanaşsalar da, sonra qəbul etdilər.

- Məktəb vaxtı sevgiliniz olub?

- Bəli, sevgilim oğlan idi. Doqquzuncu sinifdə oxuyanda oğlanım var idi.

- Necə tanış olmuşdunuz?

- Məktəbimizdə "Son zəng" idi. Orada tədbiri çəkən operatorla tanış oldum, görüşməyə başladıq.

- Ailədə neçə övladsınız?

- Bir bacım var.

- Onun bu qərarınıza münasibəti necə oldu?

- Heç kimin fikrinə qulaq asmırdım. Bacım qərarımı çox normal qəbul elədi.

- Bacınızla münasibətləriniz qaydasındadır?

- Bəli.

- O sizi qardaşı kimi qəbul edir, yoxsa bacısı?

- Onu bilmirəm.

- Sizə Məmmədağa deyir, yoxsa Sevda?

- Ümumiyyətlə, ad çəkmir.

- Soyuqluq hiss edirsiniz?

- Hardasa hə.

- Hazırda ailənizlə yaşamırsınız?

- Tək yaşayıram.

- Çətin deyil?

- Elə də tək deyiləm. Mənim də danışdığım, görüşdüyüm insanlar var.

- Ünsiyyət mənasında görüşdüyünüz?

- Otururuq, çay içirik.

- Xanımlarla?

- Xanım da var, bəy də.

- Suallarım sizi yormur ki?

- Qətiyyən.

- Tanınmış şəxslərdən sizinlə ünsiyyət qurmağa çalışanlar olub?

- Tanınmış müğənni, aparıcı münasibət qurmaq istəyib, imtina etmişəm. Amma onlar bilməyib ki, mən qadın deyiləm.

- Görünüşünüzü təzə-təzə dəyişəndə oğlanlar söz atırdılar?

- Belə şeylərlə rastlaşmamışam. Trans olanda da kimsə görüşmək istəyəndə əvvəlcədən həqiqəti demişəm. Özümü tərifləmirəm, amma heç vaxt mənim trans olduğumu hiss etməyiblər.

- Görüşmək üçün pul alırdınız?

- Bəli, alırdım.

- Hansı qiymətə görüşürdünüz?

- Mən yüz manatdan aşağı görüşməmişəm. Amma daha böyük məbləğlər olub.

- Görüşdükləriniz də translar idi?

- Xeyr, normal orientasiyası olan kişilər. Çünki orientasiyasını tam bilmədiym insanla görüşmərəm. Durub geylə görüşməyəcəm ki? Natural oğlanlarla münasibət qururam.

- Nə vaxtsa qadınla münasibətiniz olub?

- Qətiyyən, bu suala nifrət edirəm. Özümü uşaqlıqdan qadın kimi hiss etmişəm. Qadınla qadın necə görüşə bilər?

- Uşaqlıda qız istəmisiniz?

- Olmayıb. Qadınlar arasında böyümüşəm. Anam dərzi olduğu üçün evimizə qadınlar çox gedib gəlirdilər, hamısıyla rəfiqəydim.

- İndi qadınsınız. Translara necə baxırsınız?

- Çox normal. Amma insanlığa daha çox qiymət verirəm. Yəni mənimçün gey, trans, qadın, kişi fərq etmir.

- Sizin ana olmağınız mümkündür?

- Mümkün deyil. Alınsaydı, Bülent Ersoy olardı.

- Ana olmaq istərdiniz?

- Çox istərdim. Hətta son qəpiyimdən keçib ana olardım..

- Bu sizi kədərləndirir?

- Bəli kədərləndirir, çünki uşaqları çox sevirəm.

- Gələcəkdə uşaq götürüb saxlamaq fikriniz var?

- Bu haqda ciddi düşünürəm.

- Qız, yoxsa oğlan?

- Əlbəttə qız.

- Niyə oğlan yox?

- Qız uşaqları çox xoşuma gəlir.

- Yaxınlıq etmək üçün özünüz cəhd etdiyiniz olub?

- İndiyə kimi yaşadığım münasibətlərin doxsan faizində təklif qarşı tərəfdən olub. Amma mənə laqeyd olan insanlara marağım daha çoxdu. Yeddi ildir maşın sürürəm. Bir dəfə taksi sürücüsünə görə maşını "28 Mayr metrosundan "Neftçilər" metrosuna kimi sürmüşəm, düşüb nömrəsini götürəndə ehtiyatlanıb, vermək istəməyib ki, bu cür qız məndən nömrə istəyir...

- Sonra o insanla görüşdünüz?

- Bəli, 6-7 ay görüşmüşəm.

- Onda qadın idiniz?

- İki dəfə öz yaxınlaşdığım insan olub. Birində qadın idim, birində yox.

- Amma müsahibənin əvvəlində bildirdiniz ki, iki ildir təksiniz.

- Sevgili olmamışıq, xoşuma gəlib münasibət qurmuşam. Ondan müsbət "kayf" aldığım üçün görüşmüşəm.

- Əvvəl kişi olduğunuzu hiss etmədi?

- Ümumiyyətlə mənimlə görüşən insanlar bunu hiss etmirlər.

- İndi münasibətdə olduğunuz insna var?

- Var, amma ciddi sevgili deyilik.

- Neçə yaşı var?

- Yaşıdımdır.

- Kiməsə kənardan baxanda cinsi azlıq olduğunu hiss edə bilirsiniz?

- İnsan ağzını açan kimi bilirəm.

- Tanınmış şəxslərdən belələri var?

- Var. Elin gözü tərəzidir. Normal kişi qaşını almır. Gəlin İzzət Bağırovla Nadir Qafarzadəni götürək və fərqə baxaq.

- Düşünürsünüz ki...

- Nadirdə hormonal pozğunluq var, sadəcə bunu qəbul etmir. Bütün periudları keçmişəm, gey, trans həyatı yaşamışam, artıq qadın həyatı aşayıram. Kiməsə əməliyyat lazım olanda məndən soruşur. Beş il harmonal test edib gedib cinsiyyətimi dəyişdirmişəm. Yoxsa hər kəs cinsini dəyişdirə bilməz.

- Siz bunun günah olmasının fərqindəsiniz?

- Tam cinsiyyətini dəyişin qadın kimi yaşamaq günah deyil.

- Bəs trans olmaq?

- Bəli, o günahdır və onunla yatağa girən adam üçün də günah sayılır.

-Deməli, neçə illər günah etmisiniz.

- Bəli. Amma dəfələrlə qəzalardan salamat qurtarmışam. Çünki içimdə pis niyyət yoxdur, bacardıqca hər kəsə əl tuturam, kömək edirəm.

- Və son olaraq. Görüşdüyünüz vəzifəli şəxs olub?

- Bəli, cinsiyyət orqanımı dəyişməzdən əvvəl olub. (Vəzifənin adını deyir, amma bura yazmırıq - İ.V)

İntiqam VALEHOĞLU


Digər xəbərlər
SON XƏBƏRLƏR