Prosineçki heyəti açıqladı: kimlər var, kimlər yox?

img

23-05-2015 [00:25]


Robert Prosineçki milli komandamızın heyətini açıqlayıb. 

Xorvat mütəхəssis Serbiya və Norveçlə oyunlar üçün 25 futbolçuya dəvət göndərib.

Milliyə dəvət olunanlar siyahısında Pavel Paşayevin də adı var. Ukraynanın "Metallurq” klubunda çıхış edən müdafiəçinin millimizdə oynamasına artıq FIFA icazə verib.

Prosineçki bu dəfə "Neftçi"ni də yaddan çıхartmayıb. Baş məşqçi Aqil Məmmədovla Araz Abdullayevə də dəvət göndərib.

Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib. Prosineçki yığmasının heyətinə хaricdə oynayan 6 futbolçumuzun adını daхil edib.

Xorvat mütəxəssis "Qranada"dan Eddi İsrafilovu bu dəfə komandaya cəlb etməyib. Baş məşqçi Malta ilə oyunda zədələndikdən sonra oynamayan Namiq Ələskərovu, həmçinin "Karşıyaka"dan aypılan Mahir Şükürovu, "Boluspor"da əsas heyətə düşə bilməyən Vaqif Cavadovu və "Sumqayıt"ın qapıçısı Andrey Popoviçi bu dəfə yığmaya çağırmayıb.

Qeyd edək ki, millimiz iyunun 7-də Avstriyada Serbiya yığması yoldaşlıq oyunu keçirəcək, ayın 12-də AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Osloda Norveçlə qarşılaşacaq.

Qapıçılar: Kamran Ağayev (Kayserispor, Türkiyə), Aqil Məmmədov (Neftçi), Emil Balayev (Ayntraxt Frankfurt, Almaniya).
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı "Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi "İnter”), Ruslan Abışov (Qəbələ), Pavel Paşayev (Metallurq Zaporojye, Ukrayna).
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı "İnter”), Qara Qarayev, Cavid Tağıyev (hər ikisi "Qarabağ”), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi "Qəbələ”), Araz Abdullayev (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dmitri Nazarov (Karlsrue, Almaniya), Tuğrul Erat (Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov (Hayduk Split, Xorvatiya).
Hücumçular: Elnur Cəfərov (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ), Məhəmməd Qurbanov (Sumqayıt).

Digər xəbərlər
SON XƏBƏRLƏR