Həmyerlimiz Rusiyada böyük uğura imza atdı - FOTO

img

17-05-2015 [21:18]



Mayın 15-də Rusiya Federasiyasinin Ryazan şəhərində eşitmə qüsrulu güləşçilər arasında Rusiya birinciliyi keçirilib.

Mia.az xəbər verir ki, Rusiya Federasiyasının bütün subyektlərindən yarışda əslən azərbaycanlı olan Həsənzadə Elçin Elşən oğlu da iştirak edib.

İlk dəfə Rusiya birinciliyi yarışında iştirak edən Elçin 75 kq çəki dərəcəsində öz gücünü sınayıb. Həmyerlimiz finalda məğlub olaraq gümüş medala sahib olub.

 Bu nailiyyətlə Həsənzadə Elçin Rusiya yığma komandasının tərkibinə daxil olub. Bununla da Elçin Həsənzadə güləş yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında  75 kq çəki dərəcəsində iştirakını təmin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR