Afaq Məsud “Frans Kafka” kitabını muzeyə hədiyyə edib

img

14-05-2015 [14:47]


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Praqa Kitab Sərgisinə qatılmış nümayəndə heyəti Frans Kafkanın muzeyində olub.

Mia.az-a verilən məlumata görə, mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb və Tərcümə Mərkəzinin "Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi "Frans Kafka” kitabını muzeyə hədiyyə edib.

Kafkanın sirli dünyasını unikal vasitələrlə – yazıçının əyintili görümü ilə göstərən şəhər mənzərələri, məşhur "Hökm” hekayəsinin baş qəhrəmanı Georq Bendemanın özünü çaya atdığı körpü, addımladığı əyilmiş evlərlə dolu küçələrin xronikası, Kafka ağrıları saçan sarımtıl əlyazmalar, əsərləri əsasında hazırlanmış video-çarxlar, obrazlarının tərcümeyi-halı toplanan simvolik rəflər, nişanlı və sevgililərinin fotoları, müxtəlif illüziya elementləri ilə labirint təəssüratı yaradan üçmərtəbəli bina, muzey ziyarətçilərinə yazıçının həyatı və şəxsiyyəti barədə böyük bilgilər verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR