Bakı 2015 “Tour d’Azerbaijan”ı qeyd edir

img

10-05-2015 [23:39]


Bu gün Bakı 2015 dördüncü "Tour d’Azerbaijan” yarışının qalibi Primoz Roqliçi təbrik etdi və Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirdi.

Bakı 2015-in təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirdilər və Turun bugünkü son mərhələsi üçün istifadə olunan dövrə, Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə olunacaq.

Yarışdan az sonra müsahibə verən Bakı 2015-in İdman Şöbəsinin direktoru Pirs O’Kallaqan dedi: "Biz, "Tour d’Azerbaijan”ın yenidən Bakıda uğurla başa çatmasından məmnun qaldıq; bu gün qazandıqları qələbə münasibətilə Primoz Roqliçi və "ADRIA Mobil” komandasını təbrik etmək istərdik. Bu, şəhərdə keçirilən növbəti mötəbər idman tədbiri oldu və həmin dünya səviyyəli idmançıları iyun ayında Avropa Oyunları zamanı Bakının küçələrində yenidən görəcəyimizə ümid edirik”.

Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini və paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlamaq məqsədilə, Bakı 2015, Oyunlardan əvvəl Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.

Turun son mərhələsi zamanı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bu qaydaların bir çoxuna riayət olunmuşdu. Bu qaydaların icrası barədə danışan Pirs O’Kallaqan dedi: "Bu kimi önəmli idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz bu yeni yarış dövrəsinin Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün Federasiya ilə yaxından çalışdıq və şəhərə "nəfəs almağa” imkan verdik. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR