Bakı 2015 Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirir

img

09-05-2015 [22:43]


Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək, yeni tikilmiş Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirdi.

Mia.az xəbər verir ki, bu tədbir əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədiləBakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edir.

Tədbirdə Bakı 2015-in Alovqoruyanları, BAOƏK-in işçi heyəti də daxil olmaqla 15000 nəfər iştirak etdi. Bu tədbir, şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaratdı.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirdi: "Bu tədbiri həyata keçirməklə Alovqoruyanlar üçün Bakı Olimpiya Stadionu ilə yaxından tanış olmaq şansı yaratdıq. Bununla da, onlara Birinci Avropa Oyunlarının ərsəyə gətirilməsində verəcəkləri mühüm töhvəyə görə təşəkkür etmək istəyirik. Eyni zamanda, bu tədbir gələn ay dünya səviyyəli idman Oyunları gerçəkləşdirmək üçün tam hazır olduğumuzu sübut edərək əməliyyatlar nöqteyi nəzərindən də çox faydalı oldu.”

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaq Bakı 2015-in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olundu. Tünzalə Ağayeva, xüsusi olaraq Bakı 2015 ilk Avropa Oyunları üçün bəstələnmiş "Bakımın üzü gülür” adlı mahnını ifa etdi.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru cənab Qeyvn MakAlpayn isə bunları əlavə etdi: "Bu kimi tədbirlər, Oyunlardan öncə təşkilat daxilində və tərəfdaşlarımızla səriştə və inamın yaradılmasına kömək edir.

"Dünya səviyyəli tədbir həyata keçirmək məqsədilə insanlar üçün imkanlar yaratmaq, daha öncə belə böyük miqyaslı tədbir həyata keçirməyən ev sahibi ölkəmiz üçün Oyunların dəyərli mirası olacaq. Gələn ay, bütün dünyanın diqqəti Bakıya yönələcək və hazırlıqlarımız, Azərbaycanın peşəkarlığını Avropadan və dünyanın digər ölkələrindən gəlmiş qonaqlara nümayiş etdirməkdə yardımçı olacaq.

"Qısa zaman çərçivəsində - Oyunlara 34 gün qaldığı bir vaxtda,böyük nəticələrə nail olmağımıztəqdirəlayiq məqamdır. Biz, gənc peşəkarlar nəslinin yetişməsi üçün cığır açan Oyunlar Akademiyasını yaratdıq. Bakı Oyunlara ev sahibli edəcək ölkə kimi seçilən zaman bu gənclərin bir çoxu ali təhsillərini davam etdirirdilər, lakin indi ilk Avropa Oyunlarının təşkilatçılığında çox mühüm rol oynayırlar.”

Digər xəbərlər
SON XƏBƏRLƏR