Nadir Cavanşirdən üzr istədi – “Qoca gey” qalmaqalı bitdi

img

06-05-2015 [17:48]


Əməkdar artist Cavanşir Məmmədov həmkarı Nadir Qafarzadəyə qarşı qaldırdığı 70 min manatlıq iddia ərizəsini geri götürüb.

Bunu AzNews.az-a müğənni Manaf Ağayev bildirib. O, tərəflərin barışmasında özünün iştirak etdiyini deyib: "Bir il idi ki, Cavanşir Məmmədovla Nadir Qafarzadənin məhkəməsi gedirdi. Məhkəmə Nadir Qafarzadəni 10 min manat cərimə etmişdi. İkinci dəfə də onların arasında buna oxşar nəsə baş verib. Cavanşir müəllim də əsəbiləşərək onu yenidən məhkəməyə vermişdi. Barışmaq üçün hər ikisini çağırdım. Cavanşir sağ olsun ki, məni eşitdi. Dedim ki, sözümü eşitmirsənsə, mən adlı sənin qardaşın yoxdur. Bildirdim ki, Nadir də səhv edib, səndən üzr istəyir. O da etiraf etdi ki, həmin vaxt əsəbi, çılğın olub. Öpüşdürdüm, görüşdürdüm, dedim əl-ələ verin, dost olun, ölüm-itim dünyasıdır. Heç kim bu dünyanı tutub qalmayacaq. Hamı öləcək, bir-birinizin paxıllığını niyə çəkirsiniz? Sağ olsunlar, hər ikisi məni eşitdi, barışdılar. Daha məhkəmə olmayacaq, ərizələrini geri götürüblər”.

M.Ağayev həyatda səhvsiz insan olmadığını vurğulayıb: "İnsan səhvini etiraf edəndə onu bağışlamaq lazımdır. O da səhvini boynuna alıb üzr istədi. Sağ olsunlar, hər ikisi sona kimi məni dinlədi”. Cavanşir Məmmədov isə qeyd edib ki, o, Nadir Qafarzadə ilə küsülü olmayıb: "Məhkəmə oldu, hər şey qurtardı”.

Qeyd edək ki, "Xəzər" telekanalında yayımlanan "5/5” verilişində qonaq olan müğənni Nadir Qafarzadə C.Məmmədovun şəxsiyyətimə toxunan ifadələr işlədib. Cavanşir Məmmədov isə onu məhkəməyə verərək ondan 70 min manat tələb edib. İlk olay isə "Rövşanə ilə bazar səhəri” verilişində baş verib. N.Qafarzadə C.Məmmədovun ünvanına bu sözləri işlədib: "Cavanşir gedib özündən danışsın, üzünə vurdurduğu botoksa baxsın. 70 yaşındadır, nəvəsi var, utanmır üzünə, saçına nələr edib. Cavanşir qoca geylərə oxşayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR