Bakıya gələn idmançıların yediyi ət yoxlanılacaq

img

06-05-2015 [14:03]


Bakıda keçiriləcək I Avropa Oyunları zamanı idmançılara verilən ət məhsullarına nəzarət olunacaq.

Bu barədə Mia.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, baytarlıq qeydiyyatında olan bütün obyektlərə verilən ət məhsulları ekspertiza laboratoriyasından keçdikdən və keyfiyyəti müəyyən olunduqdan sonra satışına icazə veriləcək.

Y.Xanvəli onu da bildirib ki, Avropa Oyunları zamanı idmançılara verilən ət məhsullarına da tam nəzarət olunacaq.

"Özlərinin şəxsi kəsim məntəqələri olan sahibkarlardan xahiş edəcəyik ki, icazəsiz ət kəsimi həyata keçirməsinlər. Heyvanları həm baytarlıq sanitariya qaydalarına uyğun kəssinlər, eləcə də ət həkim müayinəsindən keçəndən sonra satışa çıxarsınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR