I Avropa Oyunlarının məşəli Yardımlıda belə qarşılandı - VİDEO

img

02-05-2015 [19:37]


I Avropa Oyunlarının məşəlini Yardımlı rayonu qəbul edib. 


ANS TV-nin məlumatına görə, Naxçıvan, Lənkəran, Lerik və Astaranın ardınca oyunların məşəli bu gün Yardımlının qonağıdır. Məşəli Yardımlının girəcəyində Azərbaycanı dünyada tanından 10 idmançısı qəbul edib. Onlar məşəli 1200 m əllərində daşıyıblar. 


Heydər Əliyev Xiyabanında təşkil edilmiş bayramda məşəl təmtəraqlı şəlikdə alovlandırılıb. Məşəldən götürülmüş alov rayon sakinlərinə təqdim edilib. 


Yardımlıdan sonra bu məşəl təqdimatı bu gün Masallıda yaşanacaq.


Xatırladaq ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Oyunların məşəli aprel ayının 26-da Bakıda, Atəşgah məbədində prezident İlham Əliyev tərəfindən yandırılıb. 



Digər xəbərlər
SON XƏBƏRLƏR