Bakı-2015: Məşəl Lənkərana aparıldı

img

29-04-2015 [11:01]


Məşəl səyahəti proqramı çərçivəsində yerli idmançıların müşayiəti ilə Lənkərana aparılıb.

Festival çərçivəsində saat 19:45-də Məşəl estafeti olacaq. Heydər Əliyev parkında Alov festivalı 1 saat sonra 20:45-də baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 22:05 üçün nəzərdə tutulub.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. 

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR