Deputat İordaniyalı həmkarları ilə görüşüb - FOTO

img

28-04-2015 [17:39]



Bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası Dostluq Qrupunun sədri millət vəkili Nəriman Əliyev İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Hazəm Qaşoyunin rəhəbrlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Nəriman Əliyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında siyasi, mədəni və iqtisadi əlaqələr haqqında qonağa məlumat verib. Millət vəkili qonağın diqqətinə çatdırıb ki, Azərbaycanda sosial-siyasi sabitlik ölkənin iqtisadi inkişafına böyük təkan verib və ölkə prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycanda iqtisadi sahədə uğurlu addımlar atılmaqdadır.

 Nəriman Əliyev, eyni zamanda, həmkarının diqqətinə Bakıda keçiriləcək 1-ci Avropa oyunları haqqında məlumat verib. Millət vəkili bu sahədə görülən işlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü, 20 faizdən artıq torpaqlarımızın işğalı, bir milyondan artlıq vətəndaşlarımızın qaçqın-köçkün vəziyyətinə düşdüyünü, beynəlxalq aləmin münaqişəyə ikili yanaşması haqqında da geniş məlumat verib. 

Qonaq Hazəm Qaşoyi də öz növbəsində səmimi qəbula görə öz təşəkkürünü çatdırıb və ölkələrimiz arasında mövcud olan əlaqələr haqqında fikirlərini bölüşüb. 

Sonda İordaniyalı qonaq Nəriman Əliyevi ölkəsinə səfərə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR