Tərcümə Mərkəzində görüş olub - FOTO

img

28-04-2015 [15:57]


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları XXII Budapeşt Kitab Sərgisi çərçivəsində Şimali Avropa Ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin (Nordic Literature Promotion and Publising House)nümayəndələri ilə görüş keçirib.

Mərkəzdən Mia.az-a verilən məlumata görə, görüşdə Mərkəzin tərtib etdiyi "Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bu dillərə tərcüməsi və adıçəkilən ölkələrdənəşri məsələləri müzakirə edilib.

Tədbirdə təşkilatın nəşriyyat məsələləri üzrə rəhbəri,cənab Balasiz Bıtfan qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb:

"Təmsil etdiyimiz qurum Şərq və Azərbaycan ədəbiyyatı nümunələrinin bu xalqların dilinə tərcüməolunmasında maraqlıdır. Ölkənizdə bu sahəylə məşğul olan Tərcümə Mərkəzi kimidövlətqurumunun mövcudluğu təqdiredici haldır. İstərdik ki, Mərkəzləəməkdaşlığımız daimi olsun, qarşılıqlı təşkilatlar öz ədəbiyyatının tərcümə və nəşr prosesindəəlaqələndirici, həm dəidarədici qurum rolunu oynasın”.

Görüş zamanı isveç yazıçısı,"StorySide” nəşr şirkətinin rəhbəri KamillaQrebe də öz fikirlərini bölüşüb:

"Mən bu sərgidə ölkəmi yazar qismində təmsil edirəm. Azərbaycan, dünyanın marağında olan ölkədir. Düşünürəm ki,ölkələrimizin ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və tanıdılması xalqlarımız və ölkələrimiz arasında əlaqələringenişlənməsinə öz töhfəsini verəcək. Mərkəzlə sıx əlaqələrin qurulmasını,bu istiqamətdə atılan vacib addım hesab edirəm”.

Onu da bildirək ki, adıçəkilən qurum, Danimarka, İslandiya, Finlandiya, Norveç və İsveç ədəbiyyatının dünya dillərinə, eləcə də dünya ədəbiyyatı nümunələrinin bu ölkələrin dillərinə çevrilərək yayımlanması üzrə fəaliyyət göstərir.



Digər xəbərlər
SON XƏBƏRLƏR