Prezident təqdimat verdi, Zakir Qaralovla bağlı təyinat oldu - Yenilənib

img

28-04-2015 [12:13]



Prezident İlham Əliyev Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.

Baş prokuror Zakir Qaralovun fəaliyyəti haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, Milli Məclislə Baş Prokurorluq arasında səmərəli əməkdaşlıq olub. Deputat bildirib ki, bu gün prokurorluq orqanlarında gənc kadrlar çoxdur.

Spiker Oqtay Əsədov deyib ki, Zakir Qaralov dövlətçiliyə bağlı şəxsdir.

Sonda Milli Məclis Zakir Qaralovun növbəti dəfə Baş prokuror olmasını təsdiq edib.

Xatırladaq ki, o, 2000-ci il aprelin 25-dən Azərbaycan Respublikasının Baş prokurorudur.

***

Aprelin 27-də Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatıb.

 Bir neçə gün əvvəl, bəzi media vasitələrində Zakir Qaralovun yerinə başqa bir şəxsin təyin ediləcəyi xəbəri yayılsa da, Strateq.az-a daxil olan məlumata görə, bu gün Zakir Qaralov daha 5 il müddətinə yenidən öz postuna təyinat alacaq. Artıq bununla bağlı ölkə Prezidenti İlham Əliyevin təqdimatının Milli Məclisə daxil olduğu bildirilir.

Xatırladaq ki, Zakir Qaralov 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Səbail rayon prokurorunun köməkçisi, Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində çalışıb.

O, 2000, 2005 və 2010-cu  illərdə Baş prokuror vəzifəsinə təyin olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR