Korrupsiya ölkədəki idarəçilik sistemini məhv edir

img

27-04-2015 [23:32]



Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin ötən dövründə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin nəticələri ilə bağlı hesabat verib.

Hesabatda bildirilir ki, 2015-ciilinbirincirübü ərzində Baş İdarənin İstintaq idarəsit ərəfindən 48 şəxsbarəsində 39 cinayətişininistintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18. 556. 668 manat məbləğində ziyanın 5. 894. 138 manatı və ya 31,7 %-nın ödətdirilməsi təmin edilmiş, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib.2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanıb.

Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilmiş, 2 nəfər tutularaq istintaqa təhvil verilmiş, 21 şəxs isə beynəlxalq axtarışa verilib.2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılmış, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.ÖtəndövrərzindəBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olmuş, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilmişdir. 2015-ci ilin birinci rübü ərzində 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olmuş, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olub. Daxil olmuş 1677 müraciətin 111-i Baş İdarədə araşdırılmış, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.

Onu da nəzərəçatdıraq ki, 2015-ci ilin birinci rübündə də "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Qeyd edilən dövr əzində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilirib.Xüsusi qeyd edilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirib.

Ancaq bu qədər tədbirlərə baxmayaraq, hələ də ölkədə rüşvətxorluq vəkorrupsiya halları aradan qaldırılmayıb. Bubarədə «Reytinq»əaçıqlama verən tanınmış hüquqşünas Qurban Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin hər hansı bir nəticəsinin olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda əleyhinə mübarizə aparılmayan və aparılması da qeyri-mümkün olan elə korrupsiyanın özüdür. Müsahibimiz hesab edirki, bu əməllərlə Azərbaycanda korrupsiyaya qarşı mübarizəni təşkil etməli və aparmalı olan şəxslərin özləri məşğul olur: «Öz-özünə qarşı mübarizə aparmaq, özünu yerdən qaldırmaq kimi bir şeydir. Bu isə fiziki qanunlara ziddir. Məlumatdan görünür ki, söhbət korrupsiyaya qarşı mübarizədən getmir. 68-cimaddə rüşvət alma, eləcədə133, bunların korrupsiya ilə bağlı nə əlaqəsi var? Rüşvət korrupsiyada çox da önəmli olmayan elementlərin biridir. Bunu anlamaq üçün korrupsiyanın nə demək olduğunu izah etmək lazımdır. Qeyd edim ki, korrupsiya adlı cinayət əməli yoxdur. Elə buna görə də, bizim Cinayət Məcəlləmizdə bu adda maddə yoxdur və bu günədək bir nəfər də olsun vəzifəli şəxs "korrupsiyaya görə" məhkum edilməyib. Ayrı-ayrı adamların rüşvət almağa görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrıca bir idarə yaratmağa ehtiyac da yoxdur. Bu idarə yox idi, rüşvətə görə adamlar həbs edilmirdilər? Bilirsiniz, korrupsiyahəyat tərzidir, cinayətkarlıq mühitidir. Mütəşəkkil cinayətkarlığın elə bir formasıdır ki, yalnız və yalnız vəzifəli şəxslərin, həm də çox yüksək səlahiyyətli vəzifəli şəxslərin iştirakı ilə həyata keçirilir. Belə şəxslər rəhbərlik etdikləri sahədə yalnız birinci, yaxud da xüsusi söz sahibi olmalıdırlar. Yoxsa, rəhbər yerində olsa, kim bu miqyasda olan bir əməllə məşğul ola bilər ki?Cinayətkarlığın bu formasında rüşvət əsas məqsəd deyil, varlanma başlıca amal deyil. Bu bir məşğuliyyət növüdür ki, burada siyasi iradənin ayrı-ayrı təmsilçilərinin iştirakı ilə iqtisadiyyatın: ticarətin, idxal -ixracatın, xidmətlərin, və sair sahələrin, eləcə də məhkəmə və sair dövlət orqanlarının müəyyən bölümləri nəzarətə alınır və qanundan kənar, vergidən yayınmaqla, xərac toplamaqla və sair qanunsuz üsullarla fəaliyyət göstərilir. Bir sözlə, korrupsiya dövləti idarə edənlərin, konkret sahə üzrə rəsmi və ya qeyri-rəsmi səlahiyyət sahibi olan yüksək vəzifəli şəxslərin, yaxud da rəsmi səlahiyyəti olmayan, lakin dövləti yönəldənlərə yaxınlığı ilə bilinən (Özbəkistanda prezidentin qızı kimi) şəxslərin iştirakı ilə həyata keçirilən mütəşəkkil cinayətkarlığın bir formasıdır. Bu əlamətlərə görə, bu günədək bir dənə də olsun cinayət işinə rast gəlmisinizmi? Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsitərəfindənverilən bu məlumatlar sərçələrə toplardan açılan atəşdən başqa bir şey deyil».


Məlumat üçün onu da bildirək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu ilin ilk rübündə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradılıb. Bu günədək Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb. Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib ki, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin edilib. Təkcə hüquq-mühafizə orqanlarından deyil, digər yoxlayıcı qurumlar tərəfindən də Baş İdarəyə materialların göndərilməsi təmin edilib. Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.

Q.Məmmədov deyir ki, adı korrupsiya ilə məşğul olan qurumların sırasına yazılan həmin idarələrdən göndərilən işlərin korrupsiya ilə heç bir əlaqəsi yoxdur. Hüquqşünasın sözlərinə görə, onlara korrupsiya desək, gərək həmin nazirliklərin rəhbərləri həbs edilsin:«İndiyəqədərbelə bir fakta rast gəlmisinizmi? Yox. Deməli, Respublikamızda korrupsiyaya qarşı mübarizə aparılmır. Bütün bunlar "quş qoymaq" üçündür, beynəlxalq aləmi aldatmaq məqsədi güdülür. Onlara elə gəlir ki, camaatıaldadırlar.Əslində isə özlərini gülüş hədəfinə çeviriblər. Xaricilər kimlərə rüşvət verdiklərini, niyə verdiklərini, verməsələr onları nələrin gözlədiyini, verdiklərinin haralara çatdırıldığını da əla bilirlər. Korrupsiyaya qarşı əsl mübarizə xalqımız öz iradəsinə uyğun hakimiyyət qurduqdan sonra aparılacaqdır. Bu hakimiyyət zatən korrupsiyanın məhsuludur.Bu rejimin islahat aparması mümkünsüzdür. Belə bir şeyin olması təbiətin obyektiv qanunlarına zidd olardı. Dedim, bu hakimiyyət, rejim özü korrupsiyanın məhsuludur. Öz-özünü yerdən kosmosa qaldıran adam görəndə bu rejimin də korrupsiyaya qarşı mübarizə apardığını və bu məqsədlə islahatlar həyata keçirdiyini görəcəyik. Bu isə möcüzə olardı. Möcüzələrə isə Qurani Kərimlə son qoyulub. Azərbaycan korrupsionerlərin göz yaşlarına inanmaz».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu isə əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılmır. Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini bu ağır cinayətə qarşı mübarizə kimi qəbul etmək olmaz: «Hesab edirəm ki, indiki şərtlər çərçivəsində inizbati yolla aparılan mübarizə ilə korrupsiyaya qalıb gəlmək mümkün deyil. Belə vasitələrlə mübarizə o zaman daha çox effekt verə bilər ki, o həmdə sistem dəyişiklikləri ilə müşayiət olunsun, reformalar getsin. Təəssüf ki, bu istiqamətdə ciddi təşəbbüslər və kompleks tədbirlər yoxdur. Yeganə nümunə olaraq ASAN xidmət istisna olmaqla, demək olar ki, son illər ərzində korrupsiya sarsıdıcı zərbə vuran başqa dəyişiklik gözə dəymir. Bir güllə bahar olmaz, Odur ki, bununla da korrupsiya ilə mübarziəni effektli hesab etmək olmaz».

İqtisadçı ekspert deyir ki, istənilən halda cinayət varsa, cəza da olmalıdır. Onun qənaətincə, bu səbəbdən də baş verən cinayətlər qarşı mübarizə müsbətdir: «Amma nəzərə alanda ki, əsas cinayətkarlar deyil, kiçik qabaritli məmurlar bu mübarizənin hədəfinə çevriliblər,onda belə mübarizənin yalnız statistik xarakterindın danışmaq olar.Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininkorrkpsiyayaqurşanmışdövlətqurumlarınınsiyahısınagəlincə, bu siyahı ilə korrupsioner təşkilatların siyahınısı eyniləşdirmək düzgün deyil. Amma heç kimə də sirr deyil ki, Azərbaycanda ən çox korrupsiyalarşmış sistem məhkəmə, hüquq-mühafizə və fiskal sistemdir».

Məsələylə bağlı fikirlərini «Reytinq»lə bölüşən AXCP sədrinin müavini Nurəddin Məmmədli də ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğa qarşı adekvat mübarizə aparılmadığını bildirib. Onun sözlərinəgörə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hesabatında təsvir olunanlar xırda korrupsiyalardı, görüntü yaratmaq, hesabat vermək üçündür: «Bütün bu faktlar birlikdə büdcənin çox əhəmiyyətsiz oğurluqlarıdır. Azərbaycanda makrooğurluqlar, mənimsəmələr Korrupsiya Komissiyasının girişə biləcəyi sahələrdə deyil. Ölkədə korrupsiyanın tüğyan etdiyi sahələr bir neçə monopolistə məxsusdur ki, oralar ümumiyyətlə ictimai və dövlət nəzarətindən kənardadırlar, toxunulmazdırlar».

N.Məmmədli korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin və siyasi təşkilatların roluna da toxunub. O bildiribki, bəzi siyasi partiyalar və mətbuat orqanları korrupsiya haqqında edə biləcəkləri hər şeyi edirlər:«Dövlət orqanları toxunulmaz elan etdikləri monopolistlər barədə tədbir görmürlər. Azərbaycanda elə korrupsiya sahələri yoxdur ki, "Azadlıq" qəzeti, "Azərbaycan Saatı", "Azadlıq" radiosunun tənqidlərindən kənarda qalsın. Amma tədbir görmək əvəzinə, faktları aşkarlayıb, həqiqəti deyənləri cəzalandırırlar.Buvəziyyətdənçıxmaqüçünyeganə yol mövcud siyasi rejimin dəyişdirilməsidir. Bu sistem qaldıqca korrupsiya da çiçəklənəcək. Çünki korrupsiya və rüşvətxorluq dövlət siyasətinə çevrilib, idarəçilk vasitəsidir: "Rüşvəti ver, haqqını ödə, bildiyini et", Belə bir şəraitdə qanunlar rejimin köləsidir».

Z.MƏMMƏDLİ







Digər xəbərlər
SON XƏBƏRLƏR