Orta məktəb şagirdlərinə təlim keçirildi

img

27-04-2015 [17:41]


Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəhəri Sabunçu rayon F.Bayramov adına 22 saylı tam orta məktəbdə " İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin formalaşmasında sinifdənxaric işlərin rolunun təbliği” mözusunda sayca üçüncü təlimini keçirdi .
Təlim başlamazdan əvvəl Baner asıldı, təlimdə iştirak edən şagirdlər və valideynlər qeydiyyatdan keçdilər və şagirdlərə istifadə ediləcək paylaşma materialları ( qələm, pozan, sade karandaş, rengli karandaş dəftər və s) paylanıldı. Eyni zamanda şagirdlər ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış video çarxı izlədilər. Müəllimə iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra söz ictimai birliyin sədri Əli Cəfərova verildi. O, bir daha şagird və valideynləri salamladı və təlimin bu günkü mövzusu barədə iştirakçılara məlumat verdi. Əli müəllim bildirdi ki, kinoflimlərə müraciət etməkdə bizim əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşlərini formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdən ibarətdir. Daha sonra O bildirdi ki, uşaqların asudə vaxtları düzgün təşkil olunması günümüzün əsas sərtlərindən biridir. Biz cçalıçmalıyıq ki onlar həm təlimdə , həmdə tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər. Onları vaxtıda düzgün tərbiyə etmədikdə sonradan onlar həm ailə üçün , həmdə cəmiyyətimiz üçün problemə çevrilirlər. Buna görə də usaqların təlim və tərbiyəsilə vaxtında məşqul olmaq lazımdı. O, xüsusi olaraq bildirdi ki, Layihəni Azərbaycan Respublikası Prezdenti yanında QHT Dövlət Dəstəyi Şurası maliyələşdirir. Əli Cəfərovun qısa nitqindən sonra soz Türanə müəliməyə verildi. Turanə müəllimə bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzedilməzdir. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır. Sonra bildirdiki biz ötən dərslərimizdə sifahi xalq ədəbiyatı nümunələri əsasında təlimvə tərbiyədən danışdıq. Ötən təlim materiallarını qısaca olaraq sual-cavab ediləndən sonra müəllimə kinoflimlər haqında və təriyədə flimlərimizin rolu haqqında qısa nitq söylədi. Sonra müəllimə bildirdiki biz kino incilərimizi mənimsəsək bizim dünyagörüşlərimiz formalaşacaq və biz gələcəkdə vətəndaş cəmiyyətinə asand inteqrasiya oluna biləceyik. Sonra müəllimə " Dədə Qorqud”, " Babək”,”Ögey Ana” və s flimlər haqqıda danışdı. Eyni zamanda həmin flimlərdən qısa fraqmentlərə birgə tamasa edildi. Müəllimə” Nəsimi” flimini müzakirə edərkən usaqlara kamil insan və cahil insan kimə deyilir, onların fərqinədir?. Cox düzgün və dolgun izzah etdi. Bundan başqa müəllimə "Dədə Qorqud” dastanında əməksevərlik, "Ögey Ana " flimində valideyin övlad münasibətləri necə qurulmalıdır və necə olmalıdır kimi məsələlərə aydınlıq gətirdi. Sonra şagirdlərdən Zübeydə əməksevərliklə bağlı, Yusif naya həsr edilmiş serlər söylədilər. Sonra sagirdlərdən Asif, Yusif və Aqil təlim tərbiyə lə əlaqədar teatrlaşdırılmış tamaşa göstərdilər.Təlimim sonunda təlim proqramına uyğun olaraq sagirdlər mövzunu ilə əlaqədar hər bir qrup öz hazırlamış olduqları divar qəzetləri haqqında məlumat verdilər. Təlimin sonunda 22 saylı orta məktəbdə uzun müddət müəllimə işləyən Tünzalə müəllimə məktəblərdə bu formada keçirilən təlimlərin şagirdlərimizə müsbət təsir etməsindən danışaraq təlimi təşkil edən şəxslərə öz təşəkürlərini bildirdilər. Sonda valideynlərdən İlqar və digərləei bildirdilər ki, bu cür tədbirlər inanırıq ki, uşaqlarımızın dünyagörüşünə müsbət təsir edəcək və onlarda təhsilə maraqlarını artıracaqdır. Təlimdə foto və vidio çəkiliş aparıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR