İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaranır

img

27-04-2015 [17:30]


İtaliyada yaşayan məşhur Türk jurnalisti Dündar Keşaplı, Azərbaycanlı ictimai fəal Rəşad Qurbanov iki ölkə arasında əlaqələri gücləndirmək üçün İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyətini yaradıblar. Cəmiyyətin media məsələləri üzrə koordinatoru Elnur Eltürk təyin olunub. Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb. Dündar Keşaplı yeni yaranan cəmiyyətlə bağlı bunları bildirdi: "Azərbaycan və İtaliyada yaşayan dostlarımızdan tez-tez belə fikirlər alırdıq ki, iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırmaq və gücləndirmək məqsədi ilə belə bir cəmiyyətin yaranmasına böyük ehtiyac var. Bizdə Rəşad Qurbanovla belə cəmiyyətin yaranmasına qərar verdik. Düşünürəm ki, qazandığımız təcrübə əlaqələrimizin güclənməsinə fayda verər. Xüsusilə, qarşılıqlı idman, mədəniyyət, film, moda və sair istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcək. Eyni zamanda, fəaliyyətimizli fərqli mədəniyyətlərə qarşı çıxanlara mesaj vermək istəyirik ki, mədəniyyət böyük yaxınlaşmanı təmin edir”,-deyə cəmiyyət sədri əlavə edib. Onu da qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir. Cəmiyyətin 2015-ci il 6 may tarixində Bakıda təqdimat mərasimi keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR