TQDK imtahan nəticələrini açıqladı

img

27-04-2015 [15:33]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-də Rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri açıqlayıb.

Mia.az-ın məlumatına görə, abituriyentlər nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. Yaxın dəqiqələrdə nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirib.

Aprelin 26-da keçirilən imtahanda "qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR