Bankda əmanəti olanlara XƏBƏRDARLIQ

img

27-04-2015 [15:32]


Uzun müddət manatın sabit qalması, bank sektorunun müflisləşmə hallarının olmaması və ən nəhayət əmanətlərin dövlət tərəfindən sığortalanması əhalinin vəsaitlərini banklara etibar etməsinə gətirib çıxarıb. Hətta bir neçə bankın bazarı tərk etməsi də əmanət bazarında gərginlik yaratmayıb

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, bunun əsas səbəbi əmanətlərin sığortalanması ilə bağlıdır: "Ölkədə əmanət cəlb edən bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və valyuta növündən asılı olmayaraq 12%-ə qədər illik faiz dərəcəsi ilə yatırılan bütün əmanətlər sığortalanır, yəni dövlət tərəfindən zəmanət verilir.

Dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə addımlar atmalıdır. Bununla bağlı mətbuat üçün açıqlamalarımız gedib.

1. Sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin 30 min manatdan 50 min manata qaldırılması. Bu addım daha çox əmanətin sığorta sisteminə düşməsinə imkan verər. 2014-cü ilin məlumatların istinad etsək, görərik ki, əmanətlərin təxminən 30%-i kompensasiya olunur.

2. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsinə uyğun artırılması. Sığortanın tətbiq edildiyi faiz limitinin (12%) aradan qaldırılması düzgün olardı. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsi arasında asılılıq yaradılmalıdır. Bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, Fonda bir o qədər də yüksək sığota haqqı ödəyər. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər.

3. Əgər Fond faiz limitini aradan qaldırmaq istəmirsə, bu halda limit valyuta növündən asılı olaraq differensiallaşdıra bilər. Əhalinin dollar əmanətinə axının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollar əmanətləri üzrə sığortalanma faizini 12%-dən 6%-ə endirilməsi məqsədəuyğun olardı. Bu addım əhalini manatla əmanət qoymasına stimullaşdıra bilər.

4. Əmanətlərin sığortalanmasını yoxlayan elektron bazasının yaradılması. Müşahidələr göstərir ki, bəzi banklarda uçot sistemi hələki mükəmməllikdən uzaqdır. Bu isə əmanətçilərdə vəsaitlərinin sığortalanmasına şübhə yaradır. Əmanətlərin Sığortalanması Fondunda sığortalanan əmanətlərin elektron bazasını yaratmaqla əmanətçiyə öz vəsaitinin sığortalanmasını yoxlamaq imkanı vermiş olar. Əmanətçi Fondun saytına daxil olmaqla bankla bağladığı əmanət müqaviləsinin nömrəsini, adını və soyadını daxil etməklə əmanətinin sığortalanmasını yoxlaya bilər. Bank sirrinin yayılmaması üçün ancaq bir cavab - "Sizin əmanət qorunur” və ya "Sizin əmanət qorunmur” kimi cavabın yazılması məsləhət olardı. Bununla da bankın mümkün məsuliyyətsizliyinin qurbanı olmazsınız”.


Digər xəbərlər
SON XƏBƏRLƏR