27-04-2015 [14:23]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməyin mühafizəsi vəziyyətinin yerindəcə yoxlanılması məqsədilə həyata keçirdiyi növbəti nəzarət tədbiri zamanı Bakının Qaradağ rayonunda yerləşən, mişar daşlarının istehsal olunduğu (daş karxanaları) "Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də təhlükəli əmək şəraitinin mövcud olduğunu aşkarlayıb.
Xatırladaq ki, cari ilin yanvar ayında DƏMX tərəfindən bu müəssisənin işəgötürəninə də rəsmi məktubla müraciət edilərək, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri ilə təmin olunması barədə icrası məcburi olan göstərişlər verilib. Məktubda həmçinin bu sahədə vəziyyətin yerindəcə araşdırılması üçün nəzarət tədbirinin həyata keçiriləcəyi diqqətə çatdırılıb.
"Təhlükəsiz iş aylığı” çərçivəsində və aidiyyəti qurumların (Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) əməkdaşlarının iştirakı ilə keçirilən nəzarət tədbiri nəticəsində müəssisədə qeyd olunan göstərişlərin icrası sahəsində heç bir iş görülmədiyi, əmək şəraitinin əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə cavab vermədiyi müəyyən olunub. İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmadığı müəssisədə avadanlıq və qurğuların istismarı burda çalışanların həyatı üçün təhlükəli şəraitdə həyata keçirilir. İstehsalat qəzalarının qarşısının alınması üçün heç bir profilaktiki tədbirlər də görülməyib.
Eyni zamanda, müəssisədə çalışanların böyük əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri, normal əmək və istirahət rejiminə, əməyin ödənilməsi normalarına riayət edilmədiyi də müəyyən olunub. Qanunvericiliyə əsasən, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək dayandırılmalıdır. Bu prinsipə uyğun olaraq, "Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də işlər əməyin mühafizəsi tələbləri yerinə yetirilənədək dayandırılıb və icrası məcburi olan göstərişlər verilərək akt tərtib edilib.
"Təhlükəsiz iş aylığı” çərçivəsində DƏMX tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında mütəmadi olaraq məlumatlandırma tədbirləri də həyata keçirilir. Onlara əməyin təhlükəsizliyinin təmin olunmasına dair hüquqi-praktik izahatlar verilir və Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni olaraq, iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduqları onların diqqətinə çatdırılır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"