Daha bir partiya mitinq üçün Hacıbala Abutalıbova müraciət etdi

img

27-04-2015 [12:42]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakı Şəhər İcra Hakimiyyətininin Başçısı Hacıbala Abutalıbova məktub ünvanlayıb. 

Mia.az-a daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

"Hörmətli Hacıbala müəllim, Bakıda keçiriləcək olimpiya oyunlarının başlanmasına az bir vaxt qalıb.Belə bir həssas dövrdə adını milli şura adlandıran qeyri-qanuni bir qurum ölkədə vəziyyəti gərginləşdirmək üçün yenidən may ayının 3-də Məhsul stadionunda mitinqkeçirmək haqqında qərar verib. Müasir Musvat partiyası yarandıgı gündən bu günə kimi dövlətçiliyin qorunmasında,ölkə daxilində pozuculuq fəaliyyəti ilə məşgul olan qüvvələrə qarşı çox kəskin mübarizə aparmış və bundan sonrada bu mübarizənin önündə gedəcəkdir.Odur ki,sizdən xahiş edirəm ki, MMP-nin 22 aprel 2015-ci il tarixli idarə heyətinin qərarına hörmət edib milli şuranın may ayının 3-nə təyin etdiyi məkanda (Məhsul stadionunda )meydançanın böyüklüyünü nəzərə alaraq bizədə həmin ərazinin bir hissəsində eyni gündə, eyni vaxta 3(min)partiya fəalının iştirakı ilə mitinq keçirməsinə icazə verəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR