«Get, aşağıda gözləəəəə!!!!» - Polis rəisi vətəndaşı sinəsindən itələdi, şikayətlik oldu

img

27-04-2015 [11:24]


 

Oğuz rayonu, Kərimli kəndində pasport qeydiyyatında olan, ancaq Yasamal rayonu Xıdır Mustafayev 216 A ünvanında yaşayan Daşqın Elxan oğlu Vahablı tərəfindən Mia.az-a-a şikayət məktubu daxil olub. 

Şikayətçi prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır ki, Şəki şəhərində yerləşən şöbədə polis rəisinin kobudluğu və digər qanunsuzluqlarla qarşılaşıb: 

«Mən, 22.04.2015 tarixində sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanının ikinci mərhələsi olan sürmə iştirak üçün Şəki şəhərində yerləşən 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə dostum Rauf İsmayılovla birlikdə getdim. Xəzinəyə müvafiq rüsumu ödədikdən sonra məni sürmə imtahanı üçün avtomobilin yanına göndərdilər. Orada məndən başqa 7-8 nəfər də imtahan vermək üçün dayanmışdı. Mən müəllimə imtahan vermək üçün gəldiyimi bildirdim. O isə «Hələ gözlə, siyahıda adamlar var», - deyə, cavab verdi. Gözlədim. Təxminən yarım saatdan sonra hər kəsin imtahanı bitdi. Ancaq məni çağırmadılar Müəllim avtomobildən düşərək qapını bağlayarkən təkrar müəllimə yaxınlaşdım və məndən imtahan götürmələrini xahiş etdim. O, əlimdəki xəzinədən aldığım çekə baxıb, qeydiyyatdan keçməli olduğumu deyib, başqa birinin yanına göndərdi. Göndərdiyi yer qeydiyyat otağı idi və qapısı bağlı idi. Heç kim qapını açmırdı. Bir müddət sonra qapı açıldı və mən qeydiyyatdan keçdim. Və mənə get avtomobilin yanında gözlə, nə vaxt müəllim gələrsə, onda səndən imtahan götürər». 

Şikayətçi yazır ki, xeyli gözlədikdən sonra qeydiyyat ottağına yaxınlaşıblar: «Dostum Raufla birgə yaxınlaşdıq. Birdən qapı açıldı. Mülkü geyimdə tanımadığımız bir şəxs kobud bir şəkildə dostumə «Nə lazımdı?!» soruşdu.  Cavaab verməyə imkan vermədən ədalı şəkilldə bi neçə dəfə yenə eyni sualı verdikdən sonra dostumun sinəsindən itələyərək, «gedin, aşağıdda gözləyin» dedi. Həmin mülki geyimli şəxsin «get, aşağıda gözləəəəə!!!!» bağırtısı hələ qulağımızdadır». 

Şikayətçi deyir ki, belə qaba rəftardan sonra həmin şəxsin kimliyi ilə maraqlanıblar. Aydın olub ki, onlarla aşağılayıcı tərzdə qovan rəis olub: 

«İmtahan-qeydiyyat bölməsinin əməkdaşları bu adamdan elə qorxurrdular ki, adını da deməkdən çəkinirddilər. Nəhayət, öyrəndik. Aydın oldu ki, dostumu sinəsindən itələyən, məni isə küçə səviyyəsində qovan rəisin adı Natiq Yaqubovdur. Bunddan sonra 102 və 902 xidmətinə zəng vurub, dövlət orqanındakı baş vermiş olan hüquq pozuntusu ilə əlaqədar şikayət etdik. Bu şikayətlərdən 15 dəqiqə sonra imtahanı götürən müəllim deyil, rəisin müavini Vüqar adlı şəxs avtomobilin yanına gələrək məndən imtahan götürəcəyini dedi. Açığı, dəhşətli stressdəydim. Amma buna rəğmən, avtomobili idarə etməkdə heç bir çətinliyim yox idi, çünkü həm qaydaları bilirdim, həm də sürmə təlimi keçmişdim. Ancaq rəis müavini «kəsildin» deyərək, məni maşından düşürdü…».

 Sonda şikayətçi prezidentə üz tutaraq öncə rəis Natiq Yaqubovun etik davranış kodeksini pozan əməlinə görə ondan və dostu Rauf İsmayılovdan üzr istənilməsini barəsində tədbir görülməsini xahiş edib: «Eyni zamanda, mənim sürücülük vəsiqəmi almağıma köməklik göstərməyinizi rica edirəm».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR