Döyülən rektor qızı danışdı: “Hamının başına iş gələ bilər” (VİDEO)

img

27-04-2015 [10:05]



Xəzər Universiteti rektorunun döyülən qızı Bakıdadır.

 

Mia.az axar.az-a istinadən  xəbər verir ki, Hamlet İsaxanlının övladı Ülkər İsayeva sözügedən ali məktəbdə keçirilən konfransda iştirak edib. Ü.İsayeva konfransın artıq yekunlaşdığını öz Feysbuk səhifəsində yazıb və iştirakçılara təşəkkür edib: 


"Azərbaycan 2-ci Beynəlxalq Psixologiya Konfransı sona yetdi. Birinci növbədə qonaqlarımıza, inanılmaz pozitiv və maraq dolu, motivasiya verən iştirakçılarımıza, başda Mələk Kərimova olmaqla Psixologiya Departamentinin bütün müəllimlərinə, əməyi keçən hər kəsə təşəkkürlər”. 


Rektor qızı növbəti statusunda isə başına gələnlərə eyham vurub: 


"Nifrət hissindən uzaq olun. Özünüz öz həyatınızı nifrət hissi ilə zəhərləməyin. İnsanlara həmişə yaxşılıq etməyə çalışın. Nüfuzundan, vəziyyətindən, statusundan asılı olmayaraq, insanlara yaxşılıq edin. İnsanları mühakimə etməkdən uzaq olmağa çalışın. Həyatda bir dəfə yaşayırıq, hamımızın başına iş gələ bilər. Başqalarının dalınca danışaraq özünüzə pislik edəcəksiniz”. 

Qeyd edək ki, Ülkər İsayeva bu il mart ayının 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib. 

 

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR