Prezident İlham Əliyev Çanaqqalada! - FOTOLAR

img

24-04-2015 [17:14]



Azərbaycan prezidenti İlham Əliyev Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya gedib. 

Dövlət başçısı İlham Əliyevi hava limanında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və digər rəsmilər qarşılayıb. 
Qeyd edək ki, Türkiyədə bu gün Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunur.
Mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmiləri qatılacaq. 

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər(Ans).










Digər xəbərlər
SON XƏBƏRLƏR