24-04-2015 [15:49]
Məlum olub ki, Sənan Quliyev oteldə tək olmayıb. Onunla bərabər idman zalında olan dostu Mövludda həbs olunub.
Mövludun vəkili Cavid Rzazadə açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, həmin gün ora ilk dəfə gəliblər: "Hərəsinə 100 manat ödəniş edib məşq eləməyə başlayıblar. Sənanla Mövlud bir-biri ilə güləşərkən Ruslan Əfəndiyev bir neçə tələbəsi ilə zala girib. Sənanın ayağında "borisovka” ayaqabbısı olub. Ruslan deyib ki, tatami üzərinə o ayaqqabı ilə çıxmayın. Bunlar üzrxahlıq edib deyiblər ki, birinci dəfədir gəlmişik, bilmədik. Sonra gedib digər zalda dəmir alətlərlə məşq ediblər. Hamama gedəndə Mövlud idman zalından verilən ayaqqabı ayağında olarkən qayıdıb tataminin qırağından dəsmalı götürüb. Bu dəfə isə Ruslan ona "sən nə "ponyatkasız” adamsan, bayaq dedim axı ayaqqabı ilə keçmə” deyib. Mövlud da cavabında "zalın öz ayaqqabısı ilə də tatamiyə çıxmağın qadağan olduğunu bilmirdim”. Növbəti dəfə də təsadüfdən şkafın açarları zalda qaldığını görən Mövlud açarı götürmək üçün zala girəndə Ruslan Əfəndiyevlə yenidən üz-üzə gəlir. Üzrxahlıq edir ki, yenə bura gələcəyik, aramızda qanqaraçılıq olmasın. Ruslan Əfəndiyev "bir də belə qanacaqsızlıq eləməyin” dedikdə, Mövlud bildirib ki, "biz qanacaqsız deyilik, bizi qanacaqsız hesab edən özü qanacaqsızdır”.
Bu zaman Ruslan Mövludun boğazından yapışıb boğarkən, Mövlud müqavimət göstərməyə çalışıb. Orada heç bir tərəfdən söyüş söyən olmayıb. Ruslan Mövludla savaşanda onun tələbələri də köməyə gəlib. Mərhum Azər Məmmədov da onların içərisində olub. Sənan görüb ki, 4-5 adam Mövludu döyür. Mövludu da elə Azər Məmmədov döyüb, onun burnu sınıb, gözü göyərib. Sənan qorxub ki, onlarla bacara bilməyəcək, onu da döyəcəklər. Ona görə bıçağı çıxarıb bunları qorxutmağa başlayıb. Amma onlar Mövludu buraxmayıblar, nəticədə Sənan bıçaqla bir neçə nəfərin bədənini cızıb, Azər Məmmədovu da ürəyindən vurub. Sonra Sənan Mövludu da götürərək hadisə yerindən qaçıb. Növbəti gün də gedib polisə təslim olublar. Hadisə belə olub. Azər Məmmədovun ölməsi ilə nəticələnən bu hadisənin baş verməsinə ilkin olaraq Ruslan Əfəndiyevin hərəkətləri səbəb olub. Müdafiə tərəfi təqsirləndirilən şəxslərin ifadələrinə əsasən ehtimal edir ki, xuliqanlığı Ruslan edib”.
Cavid Rzazədə deyib ki, artıq hər iki şəxs haqda həbs-qətimkan tədbiri seçilib: "Sənan Quliyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət), 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə) maddələri üzrə cinayət işi açılıb. Mövluda isə 221.2.1; 221.2.2; 221.3 maddələri ilə Cinayət işi açılıb. Səbail rayon məhkəməsinin qərarı ilə Sənan Quliyev 4 ay, Mövlud isə 3 ay müddətinə həbs edilib.
Vəkil həmçinin Sənan Quliyevin yüksək vəzifəli məmurlardan birinin mühafizəçisi olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Sənan Quliyev və Mövlud heç yerdə işləmir. Mühafizəçi də deyillər, hər hansı məmurla qohumluqları da yoxdur. Mövlud 4-5 ildir psixiator nəzarətindədir, müalicə alır. Onun başında uşaqlıqdan problemlər var”.
C.Rzazadə həmçinin qeyd edib ki, mətbuatda yayıldığı kimi Sənan Quliyevi və Mövludu polislər əməliyyat keçirərək həbs etməyiblər: "Onlar saytlardan hadisə zamanı Azərin öldüyünü öyrəniblər. Hər ikisi dünən səhər tezdən polis idarəsinə gedib təslim olub”.
Sənan Quliyevin vəkili Vasif İsrafilov "Qafqazinfo”ya açıqlamasında isə bildirib ki, Sənan və Mövlud hər ikisi dindar olub və namaz qılandırlar: "Bu səbəbdən onlar orada söyüş söyməyib”.
İsrafilov qeyd edib ki, Sənan Quliyev və Mövlud dünən məhkəmənin qərarından sonra Nəsimi RPİ Saxlanma yerində qalıblar. Bu gün isə Kürdəxanı qəsəsəbəsində Bakı İstintaq Təcridxanasına köçürüləcəklər.
Qeyd edək ki, vəkillər Sənan Quliyevin hadisə zamanı döyülməsini sübut edən fotoları göndəriblər. Həmin fotoları təqdim edirik:
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)