Artur Rasi-zadə daha bir qərar verdi, qaydalar dəyişdi

img

24-04-2015 [12:17]



Azərbaycan Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib.

Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, Azərbaycanda dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.
 
Qeyd edək ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1024 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR