Deputat-rektor Əhliman Əmiraslanovun qonağı var - Görüş

img

24-04-2015 [12:00]


Bu gün Argentinanın Quilmes Milli Universitetinin rektoru Azərbaycan Tibb Universitetində olub. 

Mia.az-a ATU-dan verilən məlumata görə, görüşdə Argentinadan gələn qonaqlara  Azərbaycan Tibb Universiteti haqqında ətraflı məlumat verilib. 

Qeyd edilib ki, ATU ölkəmizdə tibb təhsili verən yeganə ali məktəbdir. Hazırda universitetdə 7000-dən çox tələbə və rezident təhsil alır.  

ATU-da həm də 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alır. 

Tibb Universitetinin professor-müəllim heyəti haqqında məlumatda qeyd edildi ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.  

Öz növbəsində qonaqlar da Quilmes Milli Universiteti haqqında ətraflı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırdılar. Görüş zamanı Quilmes Milli Universitetinin rektoru Mario Lozano həmçinin  son illər Argentina ilə Qafqaz regionu, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirdi. Bu baxımdan, hər üç ölkə ali təhsil müəssisələri arasında da əməkdaşlığın genişlənməsinə ehtiyac olduğunu vurğuladı. 

Görüşdən sonra Argentina nümayəndə heyəti ATU-nun tədris binaları, klinikaları ilə tanış oldular. Onlar Tibb Universitetindı tələbə-rezidentlər, həmçinin əhalinin müayinə və müalicəsi üçün yaradılan şəraitdən, modern texnoloji avadanlıqla təchiz olunmuş klinikalardakı durumdan son dərəcə məmnun qaldıqlarını bildirdilər.

Tibb Universitetində olan görüşdə rektor Mario Lozano ilə birgə Argentinanın beynəlxalq məsələlər üzrə müşaviri Marselo Tobin, Argentinanın Azərbaycandakı səfirinin müavini Gabriel Jorquera, Argentinanın Azərbaycandakı təhsil  müəssisələri üzrə agenti Tutu Yunusova  da iştirak edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR