Türkiyə Silahlı Qüvvələri 1915-ci ilə aid hərbi arxivləri açdı

img

23-04-2015 [21:36]


Türkiyə Silahlı Qüvvələri 1915-ci ilə aid hərbi arxivləri açıb.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi ermənilərin öz arxivlərini açacağını gözləməyərək birtərəfli addım atmaq qərarına gəlib.
 
Açılan sənədlərdən görünür ki, I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilər ölkə daxilində köçürülərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.
 
Sənədlərdə 1915-ci ildə Anadoluda dinc əhalini qətlə yetirən erməni quldur dəstələri və fərarilər haqqında çoxsaylı faktlar yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR