23-04-2015 [19:01]
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov yeni rəhbərlik etdiyi sahədə ciddi kadr və struktur islahatlarına qərar vermək üzrədir.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, Cavid Qurbanov təyinatından sonra QSC-dəki real vəziyyət və inkişaf perspektivləri ilə bağlı yeni plan hazırlamaqla yanaşı, həm də qurumu keçmiş rəhbərliyin kadrlarından "təmizləmək” niyyətini büruzə verməyə başlayıb:
«Cavid Qurbanov "təmizləmə əməliyyatı” zamanı təkcə hazırda nazir müavini olan Arif Əsgərovun kadrları ilə vidalaşmayacaq. Dəqiq bildiyimə görə, o, nazir Ziya Məmmədovla «Azəryolservis» ASC-ni qeyri-rəsmi «çətir»i altına alan qardaşı Nəriman Məmmədovun son bir ay ərzindəki əməllərini bağışlamaq niyyətində deyil. Yəni, QSC sədri nazirin qardaşının "Azərbaycan Dəmir Yolları" QSC-də himayə etdiyi şəxslərlə də yollarını ayıracaq. Çünki bu iki qardaş Cavid Qurbanovun «Azəryolservis»dəki bütün kadrlarını demək olar ki, ya vəzifələrindən uzaqlaşdırıblar, ya da statuslarını qeyri-rəsmi əllərindən alıblar. Bir sözlə, nazir Ziya Məmmədovla qardaşının Cavid Qurbanovun «Azəryolservis»dəki izini silmək cəhdləri cavabsız qalmayacaq. Cavid Qurbanov da "Azəryolservis"dəki kadrlarına qarşı münasibəti nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC-də nazir və onun qardaşlarının himayə etdiyi kadrları «vurmağa» hazırlaşır. Doğrudur, Cavid Qurbanovun nazirlə çox açıq şəkildə üz-üzə gəlməkdən "diplomatik" formada yayınacağı da gözlənilir. Yəni onun bəzi kadrları "tədbirli davranış"la yola salacağı istisna deyil. Məsələn, struktur islahatı ilə iki idarəni birləşdirəcək və arzulamadığı adamlardan ən azı birini vəzifədən uzaqlaşdıracaq. Çox güman ki, o, «Azəryolservis»də işdən çıxarılan kadrlarını keçmiş rəhbərliyin kadrlarından boşalan yüksək vəzifələrə də yerləşdirəcək».
Müsahibimiz deyir ki, Cavid Qurbanov bununla bağlı bir neçə sadiq tərəfdarına vəd verərərk, onlara Nəriman Məmmədovun və «Azəryolservis»in səlahiyyəti məhdudlaşdırılmış sədr əvəzi Saleh Məmmədovun hərəkətlərinə səbrli yanaşmağı tövsiyə eləyib:
«Cavid Qurbanov tərəfdarlarına «səbrli olun, yaxınlarda sizi buraya gətirəcəm»- deyərək, bir az gözləməyi məsləhət görüb. Bu da onu göstərir ki, yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" QSC-də ciddi dəyişikliklərə start veriləcək».
Cavid Qurbanovun Ziya Məmmədova sonadək müqavimət göstərə biləcəyinə gəldikdə isə, müsahibimiz"Cavid Qurbanovun QSC-yə təyinatı Ziya Məmmədovun deyil, birbaşa prezident İlham Əliyevin iradəsi və sərəncamı ilə həyata keçirilib. Sərəncamdan əvvəl isə Prezident onu qəbul edib, tapşırıq və tövsiyyələrini verib. Bundan əlavə, Cavid Qurbanov nəqliyyat sektorunda yeganə rəhbər şəxslərdəndir ki, son iki ayda gördüyü bütün işlər və planlar haqqında birbaşa hakim dairələrə məruzə edir. Yəni məsələ dərinə gedəcəyi təqdirdə, Ziya Məmmədov onu dayandırmaq gücündə deyil. Amma sözsüz ki, bu onlar arasındakı nifaqı daha dərinləşdirəcək. Yəni nazir də bu həmləni cavabsız buraxmayacaq...”, - deyib.
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...
Azərbaycan nefti bahalaşıb
Fələstin BMT-yə tamhüquqlu üzv olur? - Məsələ səsverməyə çıxarılır, ABŞ veto siqnalı verdi
Türkiyə dəniz polisi daha 25 miqrantı xilas edib
ZİYANLI VƏRDİŞLƏR