Prezident İlham Əliyev beynəlxalq mükafat aldı - FOTOLAR

img

23-04-2015 [18:40]


Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib. 

Mia.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev "Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb. Nüfuzlu mükafat ölkənin Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü nümayiş etdirir.

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib. 

Xatırladaq ki, "Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Albaniyanın Baş naziri Edi Rama da var.



Digər xəbərlər
SON XƏBƏRLƏR