Ermənilər Zakir Həsənovdan qorxduqlarını etiraf etdilər

img

23-04-2015 [15:11]


ATƏT hələ də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sözlərinə reaksiya verməyib.


Bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan deyib. "İndiyə qədər bu qurum tərəfindən heç bir reaksiya yoxdur”, - Ovannisyan bildirib.

Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
müdafiə naziri Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb.

"Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir.

azvision


Digər xəbərlər
SON XƏBƏRLƏR