Partiya sədrindən orijinal mitinq taktikası - At belində

img

23-04-2015 [14:04]


Müasir Müsavat Partiyası 3 may tarixində mitinq keçirmək üçün bu gün BakıŞəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Bu barədə Hafta.az-a partiya sədri Hafiz Hacıyev məlumat verib. O bildirib ki, onlar bu mitinqi Milli Şuraya cavab olaraq təşkil edirlər. Təşkilat işləri isə ənənəvi formalardan fərqli aparılır: "Milli Şura onsuz da meydanı doldura bilmir. Biz Bakı Şəhər İcra Hakimiyyətinə 2 may tarixində "Məhsul” stadionunun digər tərəfində mitinq keçirmək üçün müraciət edəcəyik. Mitnqdə çıxışprosesini isə bir neçə formada düşünmüşük. Əvvəla qeyd edim ki, biz boçkalardan ibarət tribuna qurmağı fikirləşirik. Stadionun böyük bir qismi boş qalır. Biz də orada aksiya edəcəyik. İkincisi isə artıq 10 ədəd at hazırlamışıq. Çıxışımızı at belində etməyi də düşünürük. İndidən 4 dənə də xoruz almışam. Sonda mitinqin qətnaməsinin yerinə həmin qoruzların boynuna Kərimov Əli və Həsənov Cəmilin qalstuklu şəkillərin asıb, onları göyə uçuracağıq. Mitinqlə bağlı artıq bir neçə təşkilatla görüş keçirmişik. Bu gün də razılaşma üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubumuzu göndərəcəyik. Avropa Oyunları yaxınlaşdıqca bir sıra tədbirlər nəzərdə tutmuşuq ki, onların da zaman keçdikcə şahidi olacaqsınız”.


Digər xəbərlər
SON XƏBƏRLƏR