Mərkəzi Bankın pulu azalır, növbəti devalvasiya şoku gəlir

img

23-04-2015 [13:34]


"Mərkəzi Bank manatın saxlanılması üçün hər ay müəyyən qədər ehtiyyatından istifadə edir. AMB-nın ehtiyyatı 15 milyardan 9.5 milyarda düşüb”.

Bu barədə AzVision.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, manatın növbəti devalvasiyası gözləniləndir: "Bunun ola biləcəyini demişdim. Belə ki, Mərkəzi Bankın ehtiyyatı getdikcə azalmaq üzrədir. Azalmanın qarşısını almağın isə iki yolu var. Ya neftin qiyməti artmalıdır, ya da manat devalvasiyaya uğramalıdır. Hələ ki, neftin qiymətində ciddi artım müşahidə olunmur. Hətta müəyyən qədər azalmalar var. Ona görə də manatın devalvasiyası gözləniləndir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR