Cavid Qurbanov əmr verdi: Maaşlar artırılacaq

img

23-04-2015 [11:51]


"Yaxin vaxtlarda dəmiryolçuların maaşları artırılacaq. Bununla bağlı Cavid Qurbanov xüsusi iclas keçirib və tapşırıqlar verib”.

Bu barədə AzVision.az-a "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. O, bildirib ki, hazırda maaşların artırılması araşdırılır: "Mütəxəssislər araşdırma aparır ki, nə etmək lazımdır ki, maaşları artırmaq olsun. Artıq bununla bağlı tapşırıqlar verilib”.

N. Əzməmmədov onu da qeyd edib ki, maaş artımı hər vəzifəyə uyğun aparılacaq.

"Hər bir işə, vəzifəyə görə maaş verildiyindən həmin maaş uyğun artım olacaq Məsələn, maşinist , bələdçi fəqli əməkhaqqı alır. Odur ki, həmin maaşa uyğun da artım baş verəcək.Artımın nə zaman olacağı isə hələ ki, məlum deyil. Mütəxəssislər bunun üzərində işləyir. Yaxın vaxtlarda maaş artımı ilə bağlı məlumat veriləcək”-deyə Nadir Əzməmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR