22-04-2015 [21:20]
Prof.Dr. Qüdrət İsaqov
Mülki Məcəllənin pul öhdəliklərinin icrasına aid olan 439-cu maddəsi 7 bənddən ibarətdir.
439.1-ci bənddə yazılıb ki, "Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər".
Bu bənddən açıq-aydın görünür ki, manat Azərbaycanda əsas ödəniş vasitəsidir. Tərəflərdən ikisi də Azərbaycan vətəndaşlarıdırsa o zaman pul öhdəliyi hökmən manatla müəyyənləşdirilməlidir. Tərəflərdən biri xarici fiziki və hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyuta da müəyyənləşdirə bilərlər. Axırıncı cümlədən belə çıxır ki, tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduqda belə pul öhdəliyi həm manatla, həm də xarici valyutada müəyyənləşdirə bilərlər. Yəni tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduğu halda da pul öhdəliklərinin manatla müəyyənləşdirilməsinə üstünlük verilir. Açıq-aydın şəkildə yazılıb ki, pul öhdəliyinin hökmən xarici valyuta ilə müəyyənləşdirilməsinə yol vermək olmaz.
Azərbaycan hökuməti, Azərbaycan Mərkəzi bankı, Ali Məhkəmə və məhkəmələr və Ədliyyə Nazirliyi, Konstitusiya məhkəməsi 439.1.-ci bəndin tələblərinin nə dərəcədə yerinə yetirldiyini, hansı bankların Mülki məcəllənin bu bəndini nə dərəcədə pozduğunu yoxlamalıdılar. Konkret şəkildə müəyyənləşdirilməlidir ki, dollarla pul öhdəliyini Azərbaycan vətəndaşlarına sırıyan banklar xarıcı hüquqi şəxslərdirmi? Yaxud həmin bankların kredit verdikləri Azərbaycan vətəndaşlarının gizli xarici vətəndaşlığımı var?
Əgər banklar Azərbaycana məxsusdursa, vətəndaşlar həqiqətən də Azərbaycan vətəndaşlarıdılarsa, Azərbaycan vətəndaşlarını kütləvi şəkildə aldatdıqlarına görə bankların ən azı lisenziyaları ləğv edilməlidir.
439.2. bənddə göstərilir ki, "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır."
Bu bənddə göstərilən "xarici valyutada olan pul öhdəliyi" ifadəsinin Azərbaycan vətəndaşlarına və Azərbaycan banklarına aidyyatı yoxdur. Yəni tərəflərdən biri ən azı xarici fiziki və ya hüquqi şəxs olmalıdır. Bu Mülki Məcəllənin 439.1.-ci bəndində açıq şəkildə yazılıb.
Mülki Məcəllənin 439.3., 439.4., 439.5., 439.6., bəndləri bütövlükdə bu yazının mövzusundan kənar olduğundan onları şərh etmirəm.
439.7. ci bənddə göstərilir ki, "Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir."
Bu bənd 2 hissədən ibarətdir. Bu bəndin 1-ci hissəsi banklara Mülki Məcəllənin 439.1.-ci bəndini pozmağa imkan verir. Belə ki, 439.1.-ci bənd müqavilənin formasını müəyyən etsə də, 439.7.-ci bənd banka müqaviləni qanundan kənar formada yazmağa və bağlamağa şərait yaradır.
Mülki Məcəllənin 439.7-ci bəndi 439.1-ci bəndə zidd olmaqla yanaşı, Konstitusiyamızın 19-cu Maddəsinə də ziddir. Konstitusiyamızın 19-cu maddəsində açıq şəkildə göstərilib ki,
Maddə 19. Pul vahidi
I. Azərbaycan Respublikasının pul vahidi manatdır.
III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. (2)
Azərbaycan Respublikasının Konstitusiyası bütün qanunlardan üstündür!
Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızla tamamilə uyğundur.
Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızda göstərildiyi kimi manatın əsas pul vahidi olduğunu, manatın əsas ödəniş vasitəsi olduğunu göstərir.
Mülki Məcəllənin 439.7.-ci bəndi isə manatımızı Konstitusiyamızın ziddinə olaraq aşağılayır, pul öhdəliklərində-yəni müqavilələrdə ayrı qaydalar müəyyən etməyə imkan verir.
Mərkəzi bankın sədri Elman Rüstəmovun da çıxışları Mülki Məcəllənin 439.1.-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi ilə ziddiyyət təşkil edir. Bu çıxışlar manatın üstün roluna qarşıdılar.
Sonda qeyd etməliyəm ki, mən də bankdan kredit götürmüşəm. Bank mənim arzumun ziddinə və Azərbaycan Konstitusiyasının və Mülki Məcəllənin ziddinə müqaviləni dollarla yazıb. Mən bankdan 1 dollar da almamışam, mən bankdan manat almışam, mən bankdan aldığım manatı xərcləmişəm.
Mən banka kreditimi manatla ödəmişəm. Mən hər şeyi manatla etdiyimdən mənim müqaviləm yalançı bir kağızdan başqa bir şey deyil. Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatımızın neft sektorundan asılılığının aradan qaldırılması haqqında onlarla məqalələrin müəllifiyəm.
Mən və digər Azərbaycan vətəndaşları manatı bir günün içərisində 33% qiymətdən salmamayıb.
Azərbaycan bankları iqtisadi sektorun bir sahəsi olduğundan manatın məzənnəsinin 1 gündə 33% qiymətdən düşməsində əsas günahkardılar!
Azərbaycan bankları elə böyük faizlərlə kredit verirlər ki, onlar manatın dollara məzənnəsi nə qədər dəyişsə də heç nə itirməyəcəklər! Onlar xalqın inamını itirəcəklər!
Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Konstitusiyasını və Mülki Məcəllənin Konstitusiyamıza uyğun olan maddəsini müdafiə etmələrini və manatımızın nüfuzunu yuksəltmələrini istəyirəm!
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)