Məkkədə “halal seks mağazası” açılacaq

img

22-04-2015 [17:01]


Bütün dünya müsəlmanları üçün müqəddəs şəhər sayılan Məkkədə ilk halal "seks şop” açılacaq. Modern.az saytı "İnternation Business Times” qəzetinə istinadən xəbər verir ki, mağazanın açılacağını Hollandiyada bir neçə seks-şopa sahib olan Əbdüləziz Aurax bəyan edib. Aurax artıq Səudiyyə Ərəbistanı ruhanilərinin razılığını aldığını da vurğulayıb.

"Al Asira” adını alacaq seks-şop dini liderinin İslam dinin icazə verdiyi məhsulları – rezin qoruyucuları, 18 adda müxtəlif cinsi oyuncaqları satışa çıxaracaq.

Əbdüləziz Aurax seks-şopların kişi və qadınlar arasında seksual münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini deyib.

Müsəlman ölkələri üçün ilk seks-şopu türkiyəli biznesmen Haluk Murat Demir açıb. 2013-cü ilin oktyabrından fəaliyyətdə olan "Helal sex shop” din qaydalarına zidd olmayan seksual oyuncaqların satışı ilə məşğul olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR