Papa Türkiyə səfərini ləğv etdi

img

22-04-2015 [16:29]


Vatikan nümayəndəsi aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdən imtina edib.

Azvision.az "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Vatikanın Ankarada səfirliyindən bildirib. 

Səfirlik rəsmiləri bəyan ediblər ki, Müqəddəs Taxtın təmsilçisi səhhəti ilə əlaqədar Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmayacaq. 

Xatırladaq ki, Roma Papası Fransisk 1915-ci ildə həlak olanları yad etmək üçün təşkil olunan tədbirdə 20-ci əsrin ilk "soyqırım” qurbanlarının Erməni topluluğu olduğunu söyləmişdi. Papanın bu mövqeyi Türkiyə rəhbərliyi tərəfindən kəskin tənqid olunmuşdu. Çox güman ki, Vatikan bu qalmaqala görə, Türkiyədə keçiriləcək tədbirə qatılmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR