Rüstəm Usubov: “Bütün cinayətlərin başında Köçəryanla Sarkisyan dayanır”

img

22-04-2015 [14:29]


"Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov Strateji Araşdırmalar Mərkəzində Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində deyib.

R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üz-üzə qalıb: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı vahimə yaratmaq, kütləvi insan tələfatına nail olmaq məqsədilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyatların keçdiyi ərazilərdən xeyli uzaqda dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə çoxlu sayda terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub".

R.Usubov vurğulayıb ki, ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının ərazisi çox genişdir: "Bunu aydın görmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktlarından istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatıb".

R.Usubov bildirib ki, bütün bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan və hazırkı prezidenti Serj Sərkisyan olub. R.Usubov vurğulayıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı aktiv şəkildə davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR