58006 abituriyent ali məktəb imtahanlarına iştirak ərizəsi verib

img

22-04-2015 [12:38]


Bu il ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir.
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xəbər verir ki, proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isəiyulayında keçiriləcək.

Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

22 aprel saat 10:30-dək öz elektron ərizələrini doldurub təsdiq etmiş abituriyentlər haqqında statistik məlumatlar aşağıdakı kimidir:

İxtisas qrupları

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

20011

14067

13888

4273

52239

Rus

2345

1837

1147

438

5767

Cəmi

22356

15904

15035

4711

58006


Digər xəbərlər
SON XƏBƏRLƏR