Bakı 2015 Avropa Oyunları sosial miras proqramı təqdim edir - Açıqlamalar

img

18-04-2015 [12:55]


Bakı 2015 Avropa Oyunları rəsmi partnyoru Coca-Cola ilə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi arasında Bakı 2015 Avropa Oyunlarının mirası kimi fəal və sağlam yaşamı önə çəkən Anlaşma Memorandumunun (AM) imzalanmasını alqışlayıb.

Mia.az xəbər verir ki, "Fəal Ailə, Sağlam Aləm” (Azərbaycanca FASA) proqramının məqsədi Azərbaycan əhalisinin mütəmadi fiziki fəaliyyətlərə cəlb olunmasını təmin etməkdir.

Gənclər və İdman Naziri cənab Azad Rəhimov Avropa Oyunlarının buraxacağı sosial mirasın əhəmiyyətindən danışaraq vurğulayıb ki, Avropa Oyunları ölkəmizin inkişafının göstəricisi olmasına baxmayaraq, bu Oyunların bizim insanların, xüsusən ailələrin idman etməyə və fəal həyat tərzi keçirməyə həvəsləndirilməsində güclü ruhlandırıcı təsirini qeyd etmək vacıb məsələdir:

"Mən inanıram ki, Avropa Oyunlarının sosial mirası kimi çox-çox insanlar fəal həyat tərzinə cəlb olunacaq və mən FASA Proqramını dəstəklədiklərinə görə Coca-Cola və partnyorlara təşəkkürümü bildirmək istəyirəm”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Simon Clegg  isə qeyd edib ki, Avropa Oyunlarının açılış formatı həmişə Azərbaycan əhalisinə daimi miras qoymaq üçün layihələndirilib və bu vizion sağlam yaşamı önə çəkmək olmuşdur:

"Biz sevinirik ki, bizim dəyərli rəsmi partnyorlardan biri olan Coca-Cola şirkəti yerli ailələri fəal həyat tərzinə keçməyə ruhlandırmaqla həmin mirası dəstəkləmək üçün FASA proqramına qoşulub”.

Cənab Cem Becel, Coca-Cola Azərbaycan şirkətinin Baş Direktoru, cəmiyyətin rifahı üçün fəal yaşamın əhəmiyyətindən danışıb və bildirib ki, Coca-Cola şirkəti olaraq, fəal və sağlam yaşam daha xoşbəxt və sağlam həyata gətirib çıxaracaqlarına inanırlar: "Bu da insanların ümumi rifahına xidmət edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR